Deputata minnətdarlıq məktubu

Deputata minnətdarlıq məktubuÇox hörmətli Sadiq müəllim, artıq 3 aydır ki, Milli Məclisdə bizi təmsil edirsiniz.

Sizin seçki kampaniyasından bu günə qədər keçdiyiniz fəaliyyət dövrünüzə nəzər saldıqda təqdirəlayiq işlərinizin şahidi oluruq.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində Siyəzən rayonuna ilk səfərinizdə məhz rayon ağsaqqalları ilə görüşüb onların xeyir-duasını almağınız sizin uzaqgörənliyinizdən, zəngin dünyagörüşünüzdən və el ağsaqqallarına olan hörmət və ehtiram hissinizdən irəli gəlirdi.

Qısa müddət ərzində kəndbəkənd gəzərək, rayon sakinləri ilə çox isti bir münasibət qurdunuz. Seçicilərinizlə səmimi ünsiyyətiniz, yüksək natiqlik istedanınız, bir müəllim olaraq auditoriyanı ələ almaq bacarığınız hamı tərəfindən yüksək qiymətləndirildi.

İnsanların problemləri ilə çox yaxından tanış olmağınız və həmin problemlərin həlli istiqamətində gördüyünüz işlər sizin vətəndaşlara olan diqqət və qayğınızdan irəli gəlir.

Siz vətəndaşlarla görüşünüzdə onlara vəd verərkən çox gözəl bir nüansa toxunaraq qeyd edirdiniz ki, sizin vədiniz təmsil etdiyiniz hakim -Yeni Azərbaycan Partiyasının gördüyü işlərdir. YAP-ın sədri, möhtərəm Prezident İlham Əliyev və partiyanın sədr müavini, birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin sosial rifahı naminə çox ciddi addımlar atır, ölkədə yenidənquruculuq işləri sürətlə həyata keçirilir.

Sizin namizədliyinizin irəli sürülməsi məni həddən-ziyada çox məmnun etdi. Mənimlə yanaşı vətəndaşların əksəriyyəti seçki günü hava şəraitinin əlverişsiz olmasına baxmayaraq böyük bir həvəslə səsverməyə qatılaraq məntəqələrə axın edib sizə səs verdilər.

Yerli əhalinin problemlərinin həllinə dair verdiyiniz vədləri mərhələlərlə yerinə yetirirsiniz. Artıq əhali öz seçimlərində doğru bir qərar verdiklərinə əmindirlər. Siyəzən sakinlərinin mütləq əksəriyyəti sizi sevir və dəstəkləyir.

YAP sizin namizədliyinizi irəli sürməklə nə qədər doğru bir seçim etdiyini bir daha isbat etdi.

Siz də bu etimadı layiqincə doğruldursunuz. Siz həm də YAP-ı təmsil edirsiniz. Sizin bu dürüstlüyünüz , səmimiyyətiniz, insanların çətin günlərində onlara arxa-dayaq olmağınız və vədlərinizə sadiqliyiniz həm insanı keyfiyyətinizdən, həm də doğma partiyamız olan YAP-a sədaqətinizdən irəli gəlir.

Sizə həm öz adımdan, həm də Siyəzən sakinləri adından dərin minnətdarlığımı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörməylə,
Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini