Sizin Reklam Burada

Pirallahıda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına yardımlar verilib

Pirallahıda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına yardımlar verilibYeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurası faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Pirallahı rayonunda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik edərək, onlara yardımlar vermişdir.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının xüsusi rolu olub. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək fəal iştirak edib. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Böyük Vətən mübaribəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaradıblar.
Pirallahıda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına yardımlar verilib
H. Şikarov həmçinin, bildirib ki, Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət və qayğının göstərilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.

Bu gün veteranlara qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva qeyd etdi ki, Böyük Vətən Müharibəsində döyüşən Azərbaycan oğul və qızlarının qəhrəmanlıq səlnaməsi müasir dövrdə Azərbaycan əsgərinə ruh yüksəkliyi verir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun maddi-texniki bazası ən müasir hazırlıq səviyyəsinə qaldırılıb. Ordumuzun 2016-cı ilin aprel döyüşlərindəki uğurları bunu bir daha təsdiq edir.
Pirallahıda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına yardımlar verilib
Pirallahı rayonunda yaşayan Böyük Vətən Müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Pirallahıda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına yardımlar verilib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər