Sizin Reklam Burada

"Korrupsioner icra başçıları rayonlarda mənəvi terrorla məşğuldurlar"

"Korrupsioner icra başçıları rayonlarda mənəvi terrorla məşğuldurlar"İcra başçıları, məmurların özbaşınalığından bəhs edən təhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllı ilkin olaraq bu məsələnin mənəvi tərəfinə toxundu.

Avrasiya.net-in suallarını cavablandıran jurnalist qeyd edib ki, bu günlər həbs olunan icra başçıları rəhbərlik etdikləri rayonlarda korrupsiya ilə yanaşı, mənəvi terrorla da məşğul idilər. İndi də bu ampulada olan icra başçıları var. Bu adamların əməlləri insanları ruh düşgünlüyünə salır. Kiminin torpaq sahəsi əlindən alınır, kimisinin tikdiyi ev başına uçurulur, kimisinin biznesi iflasa uğradılır və. s. Bütün bunlar ölkə başçısının həyata keçirdiyi sosial, iqtisadi, mədəni siyasətlə daban-dabana ziddir. Cəmiyyətdə belə bir təəssürat yaranır rüşvətlə, korrupsiya ilə hər şey etmək mümkündür:

"Bu icra başçılarının, onların idarə etdikləri məmurların “xidmətləri” sayəsində rayonlarda mühüm vəzifələr, idarəedici orqanlar hərraca çıxarılır. Səriştəli, bacarıqlı kadrlar kənarda qalır. Nəticədə, rayonlarda təhsil, səhiyyə, mədəniyyət və digər sahələr geriləyir. Neftçala rayonunu götürək. Bu rayon hələ sovetlər dönəmindən öz iqtisadi potensialı ilə diqqət çəkib. Azərbaycan müstəqillik əldə etdikdən sonra rayonun iqtisadi inkişafı ilə bağlı bir sıra mühüm təkliflər, tövsiyələr səsləndirildi. Amma ötən 30 ilə yaxın bir müddət ərzində rayona normal bir icra başçısı gəlmədi ki, rayonun iqtisadiyyatının dirçəlməsi haqqında düşünsün, sosialyönümlü layihələr həyata keçirsin.Feodal təfəkkürlü bu adamlar ancaq öz mənfəətini düşündü. Rayon ildən ilə bu adamların sayəsində bataqlıq girdabında iməklədi. Problemləri yazan, göstərən adamlar təhqir olundu, söyüldü, rayona gəlişinə qadağa qoyuldu. Sizi əmin edirəm ki, rayona müxtəlif vaxtlarda rəhbərlik etmiş Fəzail Alışov, Taleh Qaraşov İsmayıl Vəliyevdən “5 çömçə” yuxarı idilər.

Bir məsələyə də diqqət yönəltmək istəyirəm. Bu gün mətbuat hazırda vəzifədə olan icra başçıları haqqında kifayət qədər informasiyaya malikdir. Saytlar, qəzetlər hər gün bu informasiyaları manşetə çıxarır. Həbs olunan icra başçıları haqqında da zaman-zaman belə yazıların şahidi olurduq. Çox yaxşı olardı ki, indi haqlarında bəhs olunan icra başçıları, məmurlar haqqında daha tez ölçü götürülsün. Çünki belələri mikrob, virus kimidirlər. Çox qaldıqca ətrafı daha çox bulaşdırırlar..."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər