Sizin Reklam Burada

Heç kim məsuliyyətdən qaça bilməyəcək. - Mübariz Göyüşlü

Heç kim məsuliyyətdən qaça bilməyəcək. - Mübariz GöyüşlüAzərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda Azərbaycanda həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələr barədə danışarkən mühüm məqamlara toxunub. Onlardan biri də cəmiyyətdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədir.

Müasir İnkişaf Birliyinin sədri, Dialoq info saytının baş redaktoru Mübariz Göyüşlü Avrasiya.net-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəni dəstəkləyir.

QHT sədrinin fikrincə, cəmiyyəti, dövləti daxildən dağıdan, məhv edən, çürüdən bu cür neqativ hallara qarşı mübarizədə daim dövlətimizə, dövlət başçımıza ictimai fəal şəxslər olaraq dəstək verməliyik. Dövlət başçısı haqlı olaraq qeyd edir ki, əgər hansısa məmur işinin öhdəsindən gələ bilmirsə istefa verməlidir: "İstefa verməyərək hələ də neqativ əməllərini, korrupsiya və rüşvət kimi fəaliyyətlərini davam etdirənlər varsa onlar barəsində artıq hüquq-mühafizə orqanları ölçü götürürlər. Mən bu proseslərdə dövlət başçısının qətiyyətli davranışını, onun möhkəm iradəsini görürəm. Hesab edirəm ki, cinayət məsuliyyətinə cəlb edilmiş və rüşvətxorluğu özünün əsas prinsipi sayan icra başçılarının aqibəti digərləri üçün də görk olmalıdır. Heç kim məsuliyyətdən qaça bilməyəcək. Çünki heç kim qanundan üstün deyil, onun qarşısında hamı bərabərdir. Necə olur ki, sən sadə insanların, öz zəhməti, alın təri ilə pul qazanan fəhlənin-kəndlinin qazancını mənimsəyirsən? Bu hansı insafa, vicdana sığır? Dövlətin sənə verdiyi o boyda imtiyaz, yaratdığı o boyda şərait yetmirmi ki, bir də sadə insanların əməyinə göz dikirsən? Belə məsuliyyətsiz və vicdansı davranışın sonu da DTX-nın əməliyyatı ilə, rüsvayçılıqla vəzifədən çıxarılma ilə bitir. İnanıram ki, bu digərlərinə dərs olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər