Sizin Reklam Burada

Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü, digərləri isə...

Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü, digərləri isə...Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində insident zamanı odlu silahdan istifadə edilib.

Hadisə zamanı bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.

Mərhumun qardaşı Malik İbrahimov bildirib ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman evdə olub. Hadisə isə iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının motorunda nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.

Qəhrəman İbrahimovdan başqa qayıqda Neftçala sakinləri, 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov, 41 yaşlı Emin Nuriyev də olub.

İlkin məlumata görə, Qazaxıstanın qanunları əsasında balıqçılardan biri barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaların birində müalicə olunur. Faktla bağlı araşdırmalar aparılır.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər