Sizin Reklam Burada

İcra başçısının həbsolunma anı - VİDEO

İcra başçısının həbsolunma anı - VİDEODövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezident İlham Əliyevin sərəncamı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mahir Quliyevin həbsi ilə bağlı məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, DTX-nın İctimai əlaqələr şöbəsinin məlumatına görə, ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəyib, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq, özününküləşdirib.

Bundan başqa, Mahir Quliyevin tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edib.

Mahir Quliyev həmçinin, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün əməkhaqqı kartlarına köçürülən məbləğləri ələ keçirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət alarkən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin həbs görüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik:

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər