Sizin Reklam Burada

QHT sədri prezidentə təşəkkür edib

QHT sədri prezidentə təşəkkür edibMöhtərəm Prezident, cənab Ali Baş Komandan !

Aylardır dünyanı başına götürən yeni növ koronavirus infeksiyası bütün dövlətləri əhatə etməklə 200 mindən artıq insanın ölümü ilə nəticələnib. Lakin Sizin atdığınız qətiyyətli və çevik addımlar, əhalimizin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyiniz mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır.

Cənab Ali Baş Komandan !

Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Allah dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ulu öndərin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır – “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu gün mən azərbaycanlı olmaqla yanaşı fəxarət hissi keçirdirəm ki, Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin. Qədirbilən Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir. Uca Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Musa Həsənli
Azərbaycan - Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər