Sizin Reklam Burada

Dünyaya koronavirusla bağlı elmi araşdırma təqdim edən ilk azərbaycanlı

Dünyaya koronavirusla bağlı elmi araşdırma təqdim edən ilk azərbaycanlıTibb elmləri doktoru Nuran Abdullayev koronavirusla bağlı müəllifi olduğu elmi tədqiqatlarını beynəlxalq elmi qurumlara təqdim edib.

Avrasiya.net bildirir ki, araşdırmalar nüfuzlu elmi jurnallarda dərc olunduqdan sonra bu barədə geniş məlumat veriləcək.

Koronavirus pandemiyası dünyanı bürüyəndən sonra, dünyanın bir sıra nüfuzlu alimləri, həkimlər virusun öyrənilməsi, onun aradan qaldırılması, insanların maarifləndirilməsi, bu öldürücü xəstəlikdən qorunma yolları haqqında sistemli iş aparırlar. Bu işlər sırasında elmi araşdırmalar xüsusi yer tutur. Bu elmi araşdırmaları aparanlar içərisində xaricdə yaşayan azərbaycanlı həkimlər də var. Almaniyanın Köln Universiteti klinikasının Radiologiya və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev virusun öyrənilməsi istiqamətində bir azərbaycanlı olaraq fərqli bir elmi yeniliyə imza atıb. Alimin sözlərinə görə o, bu istiqamətdə 3 elmi tədqiqat işini tamamlayıb. Araşdırmaların nəticələri dərc edilmək məqsədi ilə Amerikanın və Avropanın ən nüfuzlu elmi jurnallarına, eləcə də konqreslərdə təqdim olunmaq üçün müvafiq qurumlara göndərilib.

Nuran Abdullayev hesab edir ki, araşdırmalar kifayət qədər fundamental xarakter daşıyır. O, ümidvardır ki, apardığı tədqiqatlar viruslu xəstələrin öyrənilməsi işində yeni bir istiqamət kimi, dünyada maraq doğuracaq. Qeyd edək ki, tibb elmləri doktoru Nuran Abdullayev koronavirus problemi mövzusunda dünyanın elmi ictimaiyyətinə elmi araşdırma təqdim edən ilk azərbaycanlı alimdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər