Sizin Reklam Burada

Özünü nazirlik əməkdaşı kimi təqdim edib pul yığdı - FOTO

Özünü nazirlik əməkdaşı kimi təqdim edib pul yığdı - FOTOBakının Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək, özünü guya Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək, həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını deyən və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub.

O, ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilinə gedərək, dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.

Araşdırma zamanıVasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.-ci maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Vasif Urşanov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər