Sizin Reklam Burada

Vəzifə səlahiyyətlərini aşanlara qarşı çox sərt addımlar atılacaq - Deputat

Vəzifə səlahiyyətlərini aşanlara qarşı çox sərt addımlar atılacaq - DeputatXəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, hər kəs qanun qarşısında bərabərdir və vəzifəli şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər.

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin apardığı siyasətdə hüquqi dövlət, insanların hüquq və azadlıqlarının qorunub saxlanılması, məmurların öz vəzifələrinə məsuliyyətlə yanaşması kimi məsələlər çox ciddi şəkildə qoyulub: "Vaxtaşırı cənab Prezident öz çıxışlarında hər bir kəsin daşıdığı vəzifəyə məsuliyyətlə yanaşması, qanunları pozmaması, vətəndaşların problemlərinin həlli istiqamətində vacib tələblər irəli sürür. Amma çox təəssüflər olsun ki, bəzi vəzifədə olan şəxslər bunu özləri üçün vacib saymırlar.

Üzdə guya ölkə başçısının siyasətini dəstəklədiklərini vurğulasalar da, əslində çirkin işlərlə məşğuldurlar. Artıq neçənci şəxsdir ki, qanun pozuntusuna görə hüquq-mühafizə orqanları tərəfindən tutulur. Buna qədər 3 icra başçısının, bir müddət əvvəl İsmayıllı şəhəri üzrə icra nümayəndəsinin qanuna zidd əməllərə görə tutulması onu göstərir ki, hələ də bəzi yerlərdə qara işlərlə məşğul olan insanlar tapılır. Onlara qarşı dövlət öz sərt addımlarını atmaqda davam edir".

A.Mirzəzadə vurğulayıb ki, qanunu pozan, vəzifə səlahiyyətlərini aşan şəxslərə qarşı çox sərt addımlar atılacaq: "Hesab edirəm ki, növbəti vəzifəli şəxsin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulması cənab Pezidentin korrupsiya və qanuna zidd əməllərə qarşı çox sərt siyasət yürütdüyünü göstərir. Hər kəs bilməlidir ki, dövlətin ona tapşırdığı vəzifəyə məsuliyyətlə yanaşmalı, daşıdığı vəzifəyə kölgə salan işlərdən uzaq durmalıdır. Ölkə başçısı bunu həmişə vurğulayıb və hər bir kəs bundan nəticə çıxarmalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər