Sizin Reklam Burada

DTX-nın həbs etdiyi başçı - Dosye

DTX-nın həbs etdiyi başçı - DosyeXəbər verildiyi kimi, Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri bu saatlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Artıq rayonun icra başçıcı Mahir Quliyevlə müavini həbs olunaraq Bakıya gətirilib.

Xatırladaq ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir.

Naxçıvan Universitetini bitirib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon Tikinti İdarəsində fəhlə kimi başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı komissarı”, indiki Səbail rayonun ictimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. Həmin gündən 26 aprel 2011-ci ilədək Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Mahir Quliyev 26 aprel 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Mahir Quliyev evlidir, 3 övladı var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər