Sizin Reklam Burada

Karantin yumşaldıldı: Bakıya qayıdış planı hazırdır

Karantin yumşaldıldı: Bakıya qayıdış planı hazırdırÖlkədə karantin rejiminin yumşaldılmasından sonra bir çox obyektlərin, iş yerlərinin fəaliyyəti yenidən bərpa edilib. Lakin şəhərlərarası avtobusların işləməməsi səbəbindən bu yerlərdə çalışan və hazırda bölgələrdə qalan şəxslər paytaxta qayıda bilmirlər. Bu isə həmin xidmət sektorlarında müəyyən çatışmazlıqlara səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, artıq şəhərlərarası daşımanın icrası ilə bağlı fəaliyyət planı hazırlanıb və belə bir qərar verilərsə, tətbiq ediləcək:

“Şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanıb. Fəaliyyət planına müəyyən istiqamətlər üzrə tədbirlər daxil edilib. Karantin rejiminin gücləndirilməsinə dair qərarla əlaqədar regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərimizin daşınması üçün bütün zəruri tədbirlərə hazırlıq görülüb. Respublika üzrə 56 avtovağzal və avtostansiyaya gücləndirilmiş rejimdə çalışmalarına dair tapşırıq verilib. Sərnişin axınına uyğun tələbat tam ödənəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər