Sizin Reklam Burada

Ölkəmizdə sağalma yoluxma faizini üstəliyir - Deputat

Ölkəmizdə sağalma yoluxma faizini üstəliyir - DeputatAnar Məmmədov
Milli Məclisin deputatı

Bütün bəşəriyyətdə pandemiya elan edilən COVID-19 virusundan qurtulmaq üçün bütün dünya ölkələri səfərbər olub. Ölkəmizdə də infeksiyanın yayıldığı ilk gündən etibarən ona qarşı mübarizə tədbirləri həyata keçirilir. Koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 3 ay bundan öncə zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı.

Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı, məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin tətbiqi yayılmanın minumum həddə salınması üçün əsas oldu. Azərbaycanda indiyədək koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128 mindən çox test aparıldı.

Virusun yayılmasının qarşısının alınması istiqamətində ölkədə xüsusi karantin rejimi tətbiq olundu və hazırda bu rejim 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Artıq bildirilib ki, karantindən çıxış mərhələli şəkildə həyata keçiriləcək. Virusla mübarizədə cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. İnsanların sağlamlığının qorunması, sosial müdafiəsinin təminatı və iqtisadi fəallığının saxlanılması istiqamətində atılan addımlar özünün müsbət nəticəsini verir.

Artıq bir neçə gündür ki, ölkəmizdə sağalma yoluxma faizini üstəliyir. Bu üstələmə isə getdikcə artmaqdadır. Belə olan təqdirdə isə karantin rejimindən mərhələli çıxış planının hazırlanması artıq müzakirə movzusudur. Təbii ki mərhələli çıxış planının hazırlanması aidiyyatı orqanlar tərəfindən müəyyənləşdiriləcək. Bütövlükdə isə hər bir vətəndaşımız əmindir ki, xalq olaraq bu çətin sınaqdan şərəflə çıxacağıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər