Sizin Reklam Burada

“Sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq” - Nazirlər Kabineti

“Sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq” - Nazirlər Kabineti
“Hər şey 27 aprel-karantin rejimində yumşalmaya gedəndən sonra bəlli olacaq. Əgər yumşalmadan sonra koronavirusa yoluxma dinamikasında artım olarsa, o zaman sərtləşmə tədbirlərinə yenidən qayıda bilərik. Bir sözlə, sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ. Məmmədov qeyd edib ki, yumşalma rejiminin tətbiqi zamanı bir çox ölkələrin təcrübəsi nəzərə alınıb:

“Almaniyada yumşalmadan sonra yoluxma sayı artıb, amma İranda azalma davam edir. İranda iki mərhələdə yumşalmaya gedilib. 11-17 apreldə İranda yumşalmanın birinci mərhələsi idi. Qaydaların tətbiqilə virusa yoluxma dinamikasında azalma davam etdiyindən, 18 apreldən karantin rejiminin yumşalmasının ikinci mərhələsinə keçdilər. İnşallah bizdə də 27 apreldən sonra yoluxma dinamikasında azalma olar və tədricən həyat öz axarına qayıdar”.

Hökumət rəsmisi sonrakı mərhələlərdə Azərbaycanda hansı yumşaldılmaya gediləcəyi barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəyini qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərfindən qəbuledilmiş qərara əsasən, 27 apreldən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər