Sizin Reklam Burada

Azərbaycan "Yeni dünya"ya tam hazırdır! COVİD-19 ilə mübarizənin Azərbaycan modeli

Azərbaycan "Yeni dünya"ya tam hazırdır! COVİD-19 ilə mübarizənin Azərbaycan modeliEmin Əliyev
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri


Bütün dünya ötən ilin dekabr ayından etibarən COVİD-19-la savaş içərisindədir. Son statistikaya görə 210 dövlətdə 3 milyon insan bu virusa yoluxmuş, 200 minədək insan dünyasını dəyişmişdir. Cəmi beş ay ərzində belə bir faciəvi rəqəmlər ortalığa çıxmışdır.

Bu pandemiya bütün dünyanı test etdi. Güclü kimi görünən dövlətlər zəif, zəif kimi görünənlər isə güclü tərəfləri ilə yaddaşlarda qaldı. Hətta Hollivud filmlərində süpergüc kimi göstərilən, dünyanı bütün bəla və faciələlərdən xilas edən ABŞ belə bu virusun qarşısında aciz qaldı. Demək olar ki, dünya tamam “müharibəsizləşdi”, heç bir yerdə terror olmadı, cinayətlər azaldı Dünyada min illərlə davam edən miqrasiya prosesi dayandı. Dünya səhiyyəsi ən ağır xəstəliklərin müalicəsini edə biləcəyi ilə qürurlandığı halda bir virusun qarşısında acizliyini elan etdi. Meqapolislər tamamilə boşaldı, küçələrdə hətta vəhşi heyvanlar görsənməyə başladı! Dünya dövlətlərinin liderləri millətə ürək-dirək vermək əvəzinə qorxunc senarilər barədə bəyanatlar verərək xalqı kütləvi ölümlərə hazır olmağa səslədi. Strateji müttəfiq, qardaş dövlətlər belə öz qapılarını bir-birilərinin üzlərinə bağladı. İnsanlar öz valideynlərini, əzizlərini, hətta öz övladlarını görməkdən məhrum oldu! Beyin mərkəzlərinin belə izah etməkdə çətinlik çəkdiyi iqtisadi münasibətlər alt-üst oldu, neftin qiyməti sürətlə düşməyə başladı. Dünya 5G sürətli internetə keçidi illərlə arzuladığı halda bir anda pandemiyanın əsas səbəblərindən biri hesab edildi və bundan imtina edilməsi üçün “hərəkat”lar başladı. Bir sözlə hər kəs çaş-baş qaldı. Bu siyahını uzatmaq və daha da detallı misallar qeyd etmək olar.
Azərbaycan "Yeni dünya"ya tam hazırdır! COVİD-19 ilə mübarizənin Azərbaycan modeli
Lakin əsas məsələ bu deyil! Əsas məsələ dünyada insanların bu bəladan tez bir zamanda xilas olması, dövlətlərin qısa bir zamanda ayağa qalxması və “yeni dünya”nın insanlarımız üçün xoşbəxt məkana çevrilməsidir.
Dünyada 232 dövlət və buna bərabər inzibati vahidlər vardır. Dünyanın ümumi əhalisi isə cəmi 7,8 milyard nəfərdir. Bu 232 dövlət və 7,8 milyar insan COVİD-19 ilə mübarizədə özünü müxtəlif formada göstərdi. Mən görülmüş qabaqlayıcı tədbirlər nəticəsində pandemiyadan ən az zərər görmüş üç ölkədən biri olan Azərbaycanın təcrübəsindən yazmaq istərdim! Azərbaycanda COVİD-19-a ilk yoluxma halı 28 fevralda qeydə alınmışdır. Bu gün ölkəmizdə 1600-dək yoluxma və 21 ölüm halı baş vermişdir. Ən əsası odur ki, sağalananların sayı 1013 nəfər, aktiv xəstələr isə 558 nəfərdir.

Azərbaycan şərqdən Xəzər dənizinin sahilində, şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları ilə həmsərhəd olaraq Qafqaz sıra dağlarının cənub hissəsində yerləşən, ərazisi 86,6 min km2, əhalisi 10,1 milyon nəfər olan bir ölkədir. 1988-ci ildən Ermənistan Respublikası ilə müharibə şəraitindədir və ərazisinin 20%-i bu dövlət tərəfindən işğal edilib, əhalisinin 1 milyondan çoxu qaçqın və məcburi köçkündür.
Azərbaycan "Yeni dünya"ya tam hazırdır! COVİD-19 ilə mübarizənin Azərbaycan modeli
Qeyd edim ki, Azərbaycan dünyanın böyük əksəriyyəti ilə ticarət əlaqələri olan və COVİD-19-a ilk yoluxma halının qeydə alındığı Çin ilə sıx iqtisadi əlaqələri mövcuddur. Bundan başqa Azərbaycan virusa ən çox yoluxma və ölüm halları baş verən İranla həmsərhəddir və hər gün minlərlə insan sərhədi o tay-bu taya keçir. Azərbaycan vətəndaşları vizasız olaraq İrana, iranlılar isə olduqca sadə viza rejimi ilə Azərbaycana səyahət edə bilir. Eyni zamanda İranın əsas ticarət partnyoru olan Rusiya ilə quru əlaqələri əsasən Azərbaycan üzərindəndir. COVİD-19 ilə ən çox yoluxma və ölüm halları baş verən digər dövlət olan İtaliya isə Azərbaycanın ən böyük ticarət partnyorudur. Türkiyə isə azərbaycanlıların ikinci vətəni sayılır.

Azərbaycan elə bir strateji mövqedə yerləşmişdir ki, şərqdən qərbə, şimaldan cənuba bir çox yollar məhz Azərbaycanda kəsişir. Bütün bu faktlar göstərir ki, Azərbaycan riskli bölgədə yerləşmişdir. Burada düzgün mübarizə sisteminin qurulmayacağı təqdirdə ciddi fəsadların, fəlakətlərin baş verməsi qaçılmaz idi. Ölkə rəhbərliyinin müəyyən etdiyi qabaqlayıcı və operativ tədbirlər nəticəsində Azərbaycan bu bəladan üzüağ çıxdı. Azərbaycan ilk əvvəl sərhədləri bağladı, aviauçuşlar öncə məhdudlaşdırıldı, daha sonra isə tamam dayandırıldı. Xarici ölkələrdə səfərdə olan vətəndaşlarımızın geri qaytarılması üçün çarter reysləri açıldı və Azərbaycan vətəndaşları vətənə gətirildi. Vətənə qaytarılmış insanlarımız xüsusi avadanlıqlar və tibbi personal ilə təchiz edilmiş xəstəxanalarda karantinə alındı. Mərhələli şəkildə karantin rejimi, 5 apreldən 20 aprelədək xüsusi karantin rejimi tətbiq edildi, daha sonra isə 4 mayadək uzadıldı.
Ölkə üzrə aptek və ərzaq mağazaları istisna edilməklə bütün obyektlər fəaliyyətlərini dayandırdı. Bütün dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşları ödənişli məzuniyyətə buraxıldı. Ölkə əhalisinə evdə qalmaq üçün çağırışlar edildi, əhali bu virusla mübarizədə dövlətin yanında olmaq üçün evlərində qaldı!
Azərbaycan "Yeni dünya"ya tam hazırdır! COVİD-19 ilə mübarizənin Azərbaycan modeli
Həkimlər bu müddət ərzində demək olar ki, evə getməyərək xəstəxanalarda virusla mübarizə apardılar. Onların bu xidmətlərini Azərbaycan xalqı yüksək qiymətləndirir və yəqin ki, heç bir zaman unutmayacaq.

Polis əməkdaşları gücləndirilmiş iş rejimində 24 saat fasiləsiz xidmətdə oldular. Təmkinlə, səbrlə, nəzakətlə əhaliyə xidmət etdilər.

Azərbaycanın aqrar sahədə fəaliyyət göstərən iş adamları, fermerləri daha çox fəallıq göstərərək pandemiya dövründə məhsuldarlığın öncəki dövrlərdən daha artıq olmasına çalışdılar. Dövlət də öz növbəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılaraq fermerlərə güzəştli şərtlərlə kreditlər verildi.

Bütün ölkə əhalisi bu pandemiya ilə mübarizə üçün səfərbər oldu. İmkanlı şəxslər ayrı-ayrı xeyriyyə qruplarında birləşərək qocalara, xəstələrə, imkansız ailələrə ərzaq və tibbi ləvazimat yardımları etdilər. Tələbələr də dövlət dəstəyindən kənarda qalmadı. Ödənişli əsaslarla təhsil alan aztəminatlı ailələrin övladlarının təhsil haqları dövlət büdcəsindən ödənildi.
Azərbaycan "Yeni dünya"ya tam hazırdır! COVİD-19 ilə mübarizənin Azərbaycan modeli
Ölkə rəhbərliyi prosesi düzgün qiymətləndirərək qabaqlayıcı tədbirlərlə bağlı qərarlar verdi. İlk iş olaraq bu mübarizənin bir mərkəzdən idarə olunmasını təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə Baş nazirin rəhbərlik etdiyi Operativ Qərargah yaradıldı və bu mərkəz vasitəsilə proses nəzarətdə saxlanıldı. Büdcədən 2,5 milyard manat vəsait ayrılaraq həm aztəminatlı əhalinin, həm də pandemiyadan zərər görmüş biznes sahələrinə dövlət dəstəyi göstərildi. Tibb sahəsində və sosial xidmət sahəsində çalışan bütün işçilərin əmək haqları pandemiya dövrü üçün 2-5 dəfə artırıldı. Bundan əlavə ölkə başçısının qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident və Birinci vitse-prezident özlərinin bir illik əmək haqlarını bu fonda yatırdılar. Bundan sonra isə bütün kateqoriyadan olan ölkə əhalisi könüllü olaraq fonda müxtəlif məbləğlərdə ianələr köçürdü.

Qısa bir zamanda 120 milyon manatdan çox məbləğ yığıldı. Çevik qərarlar verilərək ölkəyə bir gecədə 200 süni nəfəs aparatları gətirildi və bu sahədə çatışmazlıq tamam aradan qaldırıldı.

Ölkədə qısa müddətdə tibbi maska fabriki quruldu və dərhal istehsalata başlayaraq ölkə əhalisini tibbi maska ilə tam təmin etməyə nail olundu. Daha sonra alkoqol içkilər istehsal edən zavodlar ölkə başçısının çağırışlarına uyğun olaraq antiseptik məhlul istehsalına başladı və bu çatışmazlıq da qısa zamanda aradan qaldırıldı.
600 nəfərlik böyük bir xəstəxananın açılışı oldu və bu xəstəxana tamamilə COVİD-19-la mübarizə üçün istiqamətləndirildi və bu virusa yoluxmuş şəxslər bu ultralyuks xəstəxanada müalicə olunmağa başladı. Bununla bərabər daha 6 ədəd modul tipli xəstəxananın tikilməsi ilə bağlı qərar verildi.

Bütün bu maliyyə dəstək proqramları ilə yanaşı sosial dəstək tədbirləri də həyata keçirildi. Belə ki, həbsxanalarda cəza çəkən məhbusların 65 yaşdan yuxarı olanları Prezidentin əfv fərmanı ilə azadlığa buraxıldılar.
Azərbaycan sadəcə daxildə bu virusla mübarizə aparmaqla məhdudlaşmadı. Bir neçə xarici dövlətə tibbi ləvazimatlar, ərzaq məhsulları və digər zəruri mallar göndərdi. Pandemiya ilə mübarizədə dünya dövlətləri ilə həmrəylik nümayiş etdirmək məqsədilə Bakının, eyni zamanda dünyanın ən gözəl memarlıq abidələrindən biri sayılan Heydər Əliyev Mərkəzi pandemiyadan ən çox əziyyət çəkmiş ölkələrin bayraqları ilə işıqlandırıldı.
Azərbaycan riskli coğrafi bölgədə yerləşməsinə, pandemiyadan ən çox əziyyət çəkən dövlətlərlə sıx münasibətlərinin olmasına və digər bu qəbildən olan risklərə baxmayaraq vaxtında görülmüş tədbirlər nəticəsində pandemiyadan nisbətən az zərərlə çıxmağa nail oldu.

Artıq bəllidir ki, dünyanın pandemiyadan öncəki vəziyyətə qayıtması mümkün olmayacaq. Dünya “yeni dünya” olacaq və biz bundan sonra bu dünyada yaşayacayıq. Azərbaycan “yeni dünya”ya tam hazırdır! Yeni dünyada görüşənədək!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər