24 apr 14:40Sosial

İran səfiri Azərbaycan xalqını və dövlətini təbrik edib

İran səfiri Azərbaycan xalqını və dövlətini təbrik edibAllahın adı ilə

Mübarək Ramazan ayının başlaması münasibətilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirinin təbrik mesajı:

Rəhmət və bərəkət ayı olan Ramazan ayının nəsim küləyi İslam dünyasının sevincinə səbəb olmuşdur.

Mən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri olaraq, Cənnət qapılarının bəndələrin üzünə açıldığı və Quranın baharı olan mübarək Ramazan ayının gəlişi münasibətilə, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edir, hamınıza bərəkətli, sağlam, duaların qəbul olunduğu bir ay arzu edirəm.

Allahdan diləyirəm ki, bu ayın bərəkəti xatirinə bütün bəlaları və xəstəlikləri, o cümlədən koronavirus bəlasını dünyanın bütün əhalisindən, xüsusilə müsəlman xalqlardan uzaqlaşdırsın, müsəlman xalqlar üçün sülh, dostluq və sevgi dolu dünya ərməğan etsin.

Cavad Cahangirzadə
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri
XƏBƏR LENTİ
SORĞU