Sizin Reklam Burada

Nazirlik: Birdəfəlik ödəmə ala bilməyən vətəndaşlar da diqqətdən kənarda qalmayacaq

Nazirlik: Birdəfəlik ödəmə ala bilməyən vətəndaşlar da diqqətdən kənarda qalmayacaq
İndiyədək birdəfəlik ödəniş edilən şəxslərin sayı 320 minə çatıb. Avrasiya.net-in məlumatına görə, Dövlət Məşğulluq Xidmətinin (DMX) rəisi Cəmaləddin Quliyev bildirib ki, bu kateqoriyalardan olanlara ödənilən ümumi vəsaitin məbləği isə 60 milyon 800 min manata çatıb.

O qeyd edib ki, pandemiya səbəbindən iş yerini itirən 600 min nəfərə birdəfəlik ödəmə veriləcək:
“Hazırda bu istiqamətdə nazirliyin bütün qurumları gücləndirilmiş iş rejimində çalışır. Bizə müraciət edən vətəndaşların işsiz kimi qeydiyyata alınması və növbəti dövrdə onlara birdəfəlik ödəmənin təyinatı ilə bağlı işlər aparılır”.

C.Quliyev deyib ki, dövlətdən birdəfəlik ödəməni ala bilməyən vətəndaşlar da diqqətdən kənarda qalmayacaq:

“Ödəmə almayan vətəndaşlara haqqı ödənilən iş yerləri təklif edilir. Onların sayı 90 minə çatdırılıb. Vətəndaşlar yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə əlaqələndirmə komitələri tərəfindən hazılanmış siyahılara uyğun olaraq, həmin ictimai iş yerlərinə cəlb olunur”.

Onun sözlərinə görə, növbəti ay üçün birdəfəlik ödənişlərin nağdsız qaydada verilməsi nəzərdə tutulur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər