Deputat seçiciləri ilə növbəti onlayn qəbullar həyata keçirib
Bu gün, millət vəkili Şahin Seyidzadə Abşeron-Qobustan dairəsinin sakinləri ilə növbəti onlayn qəbullar həyata keçirib.
#evdəqal təlimatı və xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq Qobustan rayonu üzrə Qobustan şəhəri və Yekəxana, Poladlı kəndləri, Abşeron rayonu üzrə isə Güzdək, Qobu, Saray və Hökməli qəsəbələrinin sakinlər tərəfindən daxil olmuş müraciət əsasında video zəng vasitəsi ilə qəbullar baş tutub.
Miqrasiya və vətəndaşlıq, kənd təsərrüfatı, mədəniyyət və gənclərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan mərkəzlər, kommunal və abadlaşdırma işləri, sosial müavinət, dövlət tərəfindən ayrılan güzəştli ev kreditləri və iş müraciətləri əsasında gün boyu müraciətçilərlə fərdi görüşlərdə mövzular ətraflı dinlənilib.
Deputat xatırladıb ki, hazırda qüvvədə olan karantin rejimi ilə bağlı olaraq bu tipli onlayn görüşlər seçiciləri tərəfindən daxil olan müraciətlər əsasında davamlı olaraq həyata keçiriləcəkdir.
#covid19 #koronavirus #seyidzade50 #MilliMəclis #Abşeron #Qobustan