Başçı iş adamını məhkəməyə verdi
Dərc olunub:
22-04-2020, 14:15
Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovu məhkəməyə verib.
Avrasiya.net xəbər verir ki, bu barədə ASC-nin direktoru Hafiz İbrahimov özü “Ovqat.com”a açıqlamasında deyib.
İlk məhkəmə prosesi 23 aprel tarixində Şəmkir Rayon Məhkəməsində baş tutacaq.
İcra başçısının iş adamını məhkəməyə verməsinə səbəb isə H.İbrahimovun Feysbukda yazdığı status olub.