Sizin Reklam Burada

HDİM sədri: “Biz Sizinləyik, Cənab Prezident”

HDİM sədri: “Biz Sizinləyik, Cənab Prezident”
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev koronavirus pandemiyası dövründə sağlamlığımızın və milli təhlükəsizliyimizin qorunmasında görülən məqsədyönlü tədbirlərə və müdirik qərarlara görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

HDİM sədri açıqlamasında bu ağır və çətin günlərdə xalq-Preizdent birliyinin daha möhkəm və sarsılmaz olduğunu bildirib: “Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qorunmasına yönəlib.

Dünyanın inkişaf etmiş ölkələri koronavirus epidemiyasından ciddi ziyanlar gördüyü halda Prezidentimiz İlham Əliyevin müdrik qərarları nəticəsində xalqımızı bəşəri bəladan qorumaq mümkün oldu. Bütün bunlar bir daha Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, Onun ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyinin təsdiqi sayıla bilər”.

HDİM sədri 2003-cü ilin prezident seçkiləri ərəfəsində Dahi Öndərimiz Heydər Əliyevin çox sevdiyi xalqına müraciətini xatırladaraq, bu müraciətin xalq üçün nicat, dövlətin gələcəyi üçün bir işıq olduğunu bildirib: ““İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, Cənab İlham Əliyevin 2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq prezidentlik fəaliyyətinə başlaması ölkəmizin inkişaf yolu ilə irəliləməsində yeni mərhələ oldu. Bu gün Azərbaycan hərbi və iqtisadi qüdrətinə görə, dünyanın aparıcı, inkişaf etmiş dövlətlərindədir”.

HDİM sədri inamını ifadə edib ki, Prezident İlham Əliyevin apardığı düzgün siyasəti, qabaqlayıcı tədbirləri sayəsində xalqımız pandemiyaya qarşı mübarizədən üzüağ çıxacaq: “Cənab Prezident bu ağır və çətin günlərdə hər bir ölkə vətəndaşına maddi və mənəvi dəstək göstərdiyinizə görə, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Sizə öz minnətdarlığımı bildirirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib. Ona görə də, hamılıqla deyirik: “Biz Sizinləyik, Cənab Prezident”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər