Sizin Reklam Burada

Döyüşən dörd qardaşdan biri şəhid oldu

Döyüşən dörd qardaşdan biri şəhid olduVətənin dar günüydü. Heç kim ev-eşiyində rahat otura bilmirdi. Fitnəkar düşmən əlinə fürsət düşən kimi ərazilərimizi iri çaplı silahlarla atəşə tuturdu.Hamı müdafiəyə qalxmışdı. Döyüşə yollananın hər biri –“elə etməliyik ki ,mundar erməninin ayağı torpaqlarımıza dəyməsin,onları ərazilərimizdən qovub çıxarmalıyıq,nankorlar həm torpaqlarımızda yaşayıb, çörəyimizi yeyib,suyumuzu içirlər, həm də camaatımıza qənim kəsilirlər”, - deyə düşünürdü.Bütün evlərdən mübarizəyə qoşulanlar vardı.Hətta elə ailələr vardı ki, ata və oğul birlikdə döyüşə yollanırdı.Sarıcalı kəndindən Əliyevlər ailəsi də belələrindən idi. Bir evdən 4 qardaş – Xanlar, Asəf, Mətləb və Bəxtiyar Vətənin müdafiəsinə qoşulmuşdular. Əmiləri Qabil də,sonradan 1993 –cü il noyabrın 7-dən onlardan geri qalmayıb, əlinə silah götürüb döyüşə yollandı. Bir ailədən beş kişi ermənilərlə mübarizə apardı.

Vətən uğrunda güclü döyüş gedirdi.Bəxtiyar da döyüşənlər arasında idi. Düşünürdü ki,düşmənin dərsini verib şəhid oğullarımızın,yurd-yuvalarından didərgin düşən insanların heyfini alacaqdır.Lakin puleymyot güllələri onu ayaqlarının ikisindən də yaraladı.Bu yara ilə 5 ay Gəncə şəhər hospitalında müalicə olundu. Hətta tam sağalması üçün Sərdar Həmidov onu İran Respubilkasına göndərməyi təklif etdi. Lakin Bəxtiyar yarımçıq müalicə olunsa da, yenidən hərbi hissəyə qayıtdı və döyüşü davam etdirdi. İndi müharibəyə daha inadla qoşuldu....

Bəxtiyarla əmisi Qabil eyni istiqamətdə döyüşürdülər. Ağdərə rayonu və ətraf Çıldıran,Qırmızı kənd, Şotlanlı, Güllücə yaşayış məntəqələri istiqamətində erməni işğalçılarına qarşı birgə mübarizə aparırdılar.

Bəxtiyar subay idi amma könlündə sevdiyi varıydı.Vətən sevgisi bütün sevgilərin alisi idi. O, sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdi,silahlardan istifadə etməyi bacarırdı. Bəxtiyar Əliyev haqqında olub-keçənləri qardaşı, hazırda Əfqanıstan Əlillər Cəmiyyətinin sədri olan Mətləb bizə danışırdı. O ,qardaşı haqqında ürək yanğısı ilə söz açırdı:

-Hərdən Bəxtiyar evə gələndə bizə deyirdi ki,sizə dəyən güllə mənə dəysin,mən subayam amma sizin ailəniz,uşağınız var,istəmirəm ki,uşaqlarınız ata axtarsın,mən ona dözə bilmərəm.

21 aprel 1994 cü il. Ağdam rayonunun Şotlanlı kəndi uğrunda qanlı döyüş gedirdi.Bəxtiyarla əmisi Qabil də döyüşçülər arasındaydı.Məqsəd düşməni bu kəndlərdən tamamilə qovub çıxarmaq idi.Qəfləti yerlə göy qaraldı.Bəxtiyar və əmisi düşmən gülləsinə tuş gəldilər.Onların hər ikisi aldıqları yaradan şəhid oldular və yaşadıqları Sarıcalı kənd qəbiristanlığında birgə dəfin edildilər.

O gündən illər ötüb,şəhidlərimiz dövlətimiz tərəfindən unudulmurlar.Ölkə rəhbəri möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid ailələrinə verilmiş birdəfəlik müavinət Bəxtiyarla Qalibin ailəsinə də düşüb.Həmin pulla şəhidlərin hər ikisinin qəbir daşları dəyişdirilərək yenilənib.

Bəxtiyarın atası Abil kişi ötən il dünyasını dəyişib.Anası isə son vaxtlara kimi oğlunun geyimlərini saxlayırdı ki,oğlunun qoxusunu o paltarlardan alsın.....

Elfuzə Vəliyeva

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər