Sizin Reklam Burada

"Dayanıqlı iqtisadiyyatı olan ölkə, dövlət zamanın istənilən sınağına cavab verməyə qadirdir"

"Dayanıqlı iqtisadiyyatı olan ölkə, dövlət zamanın istənilən sınağına cavab verməyə qadirdir"
Bu gün yer kürəsi COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsinə qara bulud kimi çökən pandemiya dövlətlərin sağlamlıq sistemləri ilə yanaşı iqtisadiyyatını da sınağa çəkir. XXI əsrin bəlası insanların sağlamlığına, həyatına, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsiri təəssüflər olsun ki, hələ də davam edir.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dünyanı qəfil yaxalayan koronavirus təhlükəsi Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu qorxunc epidemiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində ilk gündən Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti sayəsində mühüm addımlar atıldı, insanların sağlamlığının qorunması ilə bağlı təxirəsalınmaz, qərarlar verildi. Məhz ən yüksək səviyyədə görülən qabaqlayıcı tədbirlərin, ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunması, əhalinin sağlamlığının mühafizəsi, sosial izoliyasiyası nəticəsində hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

Dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qaldığı halda ölkəmizdə aparılan koronavirusa qarşı mübarizə tədbirləri bir çox ölkələrə nümunədir. Sözsüz ki, həyata keçirilən bütün qabaqlayıcı tədbirlər ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərməyə bilməzdi. Hər zaman xalqın yanında olan Azərbaycan Prezidenti əhalinin sağlamlığının qorunması ilə yanaşı, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həllini də önə çəkdi. Dövlət Başçımızın siyasi iradəsi, ölkəmizin son illərdə qazandığı iqtisadi gücü sayəsində belə ağır məqamda əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı sosial dəstək tədbirləri həyata keçirildi.

Günümüzün reallığı Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu bir daha nümayiş etdirdi. Koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirilən tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Ölkə Başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapdı.

Dövlətimizin zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən aprelin 17-də yeni dəstək tədbirləri elan edildi və 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılandı. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırdı. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstəricisi oldu.

Koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində iş yerlərinin bağlanmasına, əhalinin məşğulluq imkanları ilə bağlı ciddi problemlərin yarandığı halda, ölkəmizdə məşğulluq orqanlarının fəaliyyəti gücləndirildi. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıldı. Bunun üçün 30 milyon manat vəsait ayrıldı.

İşsizlərə və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsi əhalinin sosial rifahı qorunmasına, iqtisadi inkişafın davamlığına hesablanan addımlardandır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mövcud vəziyyətdən daha az ziyanla çıxılması hər zaman olduğu kimi bu gün də müstəqil dövlətimizin prioritet istiqamətlərində ön sıradadır. İqtisadi mexanizmlərin dinamik inkişafına nail olmaq üçün işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Belə ki, bu proses təkcə pandemiya dövrünü deyil, həm də pospandemiya dövrünü əhatə edəcək. Eyni zamanda, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Bütövlükdə 2020-ci ildə bu növ ödənişlər 20 min nəfəri əhatə edəcək. Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibəti özünü tənha yaşlılara göstərilən sosial xidmətlərdə də büruzə verir. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.

Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramları, sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması, güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kvts. həcmində artırılması.

Azərbaycan vətəndaşının həyatını, onun sağlamlığı və rifahını qorumaq üçün atılan addımları, həyata keçirilən tədbirləri sadalamaqla bitmir. Koronavirus pandemiyası bir daha göstərdi ki, dayanıqlı iqtisadiyyatı olan ölkə, dövlət zamanın istənilən sınağına, çağırışına cavab verməyə qadirdir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq xalqın, sağlamlığının və maddi rifahının qorunması uğrunda dünyanı ağuşuna alan koronavirus bəlasına qarşı əzimlə mübarizə aparır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər