Sizin Reklam Burada

Hakimlərin cinayət məsuliyyətini artırmasaq, heç kəs ölkəyə investisiya qoymayacaq - Millət vəkili

Hakimlərin cinayət məsuliyyətini artırmasaq, heç kəs ölkəyə investisiya qoymayacaq - Millət vəkiliCəmiyyətdə koronavirusa görə gərginlik hər kəsə sirayət edir. Belə bir vəziyyətdə millət vəkillərinin demək istədiyi məsələlər var. Təkcə özlərinin deyil, həm də seçicilərinin qaldırdığı məsələlər. Bu mənada parlamentin iclasında 30 dəqiqəlik cari məsələlərin müzakirəsi olmayanda qanun layihələri bir kənarda qalır, çıxış edən deputatlar öz fikirlərini səsləndirirlər. Məncə, cari məsələlərin müzakirəsini bərpa etmək lazımdır ki, deputatlar onları və seçicilərini maraqlandıran məsələlər haqqında danışsınlar.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisdə Cinayət Məcəlləsinə edilən əlavələrin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” məsələsi müzakirə edilərkən çıxış etmək istəyib:

“Ancaq mən təkidlə söz istəyirdim, siz vermədiniz. Hesab edirəm ki, bizim nizamnaməyə görə, millət vəkili çıxış etməkdə təkid edirsə, ona şərait yaradılmalıdır”.

Bələdiyyələr haqqında danışan Q.Həsənquliyev deyib ki, məsələnin mahiyyətinə toxunulmayıb:

“Bələdiyyələrin statusu, maliyyə mənbələri azdır. Reklamı onların əlindən aldıq. Bələdiyyələrə vergilər ödənilmir. Fikrimcə, məsələnin mahiyyəti burdadır”.

Cinayət Məcəlləsinə dəyişikliklər barədə danışan deputat bildirib ki, cəmiyyətdəki müvafiq sahədə mövcud olan ictimai-siyasi münasibətləri tənzimləyən qanunlara diqqət etmək lazımdır:

"Ən əsası cənab Prezident də çıxışı zamanı qeyd etdiyi kimi, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Artıq bir çox vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bəlli olub ki, onlar çoxlu sayda digər vəzifəli şəxslərdən rüşvət alıblar. Amma rüşvət verənlər cinayət məsuliyyətinə cəlb olunmur. Cinayət Məcəlləsində yazılır ki, rüşvət verən şəxs bu haqda məlumat verirsə, məsuliyyətdən azad olunur. Hesab edirəm ki, bu, normadan çıxarılmalıdır. Əks halda hamı düşünər ki, mən rüşvət verəcəyəm, əgər cinayətkar niyyətim baş tutmasa, gedib hüquq-mühafizə orqanlarına məlumat verəcəyəm, pulumu geri alacağam və məsuliyyətdən də azad olunacağam. Odur ki, bəzi hallarda vətəndaşlar vəzifəli şəxsləri də yoldan çıxarırlar. Düşünürəm ki, 312-ci maddəyə baxmalıyıq.

Digər mühüm məsələ 177-ci maddədir, "dələduzluq". Bizdə bir xeyli vətəndaşı dələduzlar aldadır ki, pul verin, iş görüm, qarşılığında sizə daha çox pul alacaqsınız. Və yaxud borc alıb qaytarmırlar. Bir çox hallarda hüquq-mühafizə orqanları dələduzluqla bağlı cinayət işi qaldırmırlar. Yəni bu kimi halların sayı çoxdur. Bunun üçün yazmalıyıq ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində bağlanmayan vədlərə görə cinayət təqibi qadağan edilir. Başqa sözlə, vətəndaşlar bilməlidir ki, borc müqaviləsini rəsmi şəkildə təsdiq etmirsə, gələcəkdə digər şəxsi cinayət hüququ qaydasında təqib etdirə bilməyəcək. Biz məsələlərə köklü yanaşmalıyıq ki, problemləri aradan qaldıra bilək.

Ədalət mühakiməsinin əleyhinə olan cinayətlər mövzusunu da diqqətə gətirmək istərdim. Mən əvvəllər də bu barədə məsələ qaldırmışam. Qanunsuz qətnamə, qərar və hökm çıxaran hakimə 300 manatdan 500 manata qədər cərimə və yaxud 3 ilə qədər azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulub. Düzdür, azadlıqdan mərhumetmə ilə bağlı ağırlaşdırıcı hal var. Əgər həmin şəxs azadlıqdan mərhumetmə ilə bağlı hökm çıxarıbsa, bu halda cəza sərtləşdirilir. Bəs qətnamələrlə bağlı? Biz doğurdan da hakimlərin cinayət məsuliyyətini artırmasaq, heç kəs ölkəyə investisiya qoymayacaq. Hakim də bilir ki, uzaq başı məni 300 manat cərimə etsinlər. Amma burada söhbət böyük rüşvətdən gedir. Hesab edirəm ki, biz bu məsələyə də baxmalı, ədalət mühakiməsinin əleyhinə olan, xüsusilə hakimlərin qanunsuz qərar və qətnamə çıxarmalarına görə məsuliyyəti həddən artıq sərtləşdirməliyik. Ümumən komseptual baxımdan dəyişikliklər ediriksə, bu məsələləri nəzərə almalıyıq.

Qeyd edim ki, ötən dəfə həmkarım Erkin Qədirli bu məsələni qaldırdı. Mən də hesab edirəm ki, xuliqanlıq inzibati xəta hesab edilməlidir. Əgər xuliqanlıq zamanı silah və ya başqa vasitədən istifadə edilirsə, buna görə şəxs ayrılıqda cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər