Sizin Reklam Burada

Pirallahı rayon ağsaqqalları və ictimaiyyətinin nümayəndələri Prezidentə TƏŞƏKKÜR ediblər - MƏTN

Pirallahı rayon ağsaqqalları və ictimaiyyətinin nümayəndələri Prezidentə TƏŞƏKKÜR ediblər - MƏTNAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov tərəfindən

T Ə Ş Ə K K Ü R

Hörmətli cənab Prezident!

Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə əmin-amanlıq mövcuddur. Bütün sahələrdəki dinamik inkişaf və nail olduğumuz sabitlik respublikamızda sosial-iqtisadi mühiti daha da saflaşdırıb.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin, mədəniyyət evlərinin, idman arenalarının tikintisi və əsaslı təmiri hər bir vətənpərvər insanı qəlbən sevindirir, əhalidə xoş ovqat yaradır.

Son illərdə ictimai yaşayış binaları əsaslı təmir edilir, onların həyətlərində vətəndaşların istirahəti üçün lazımi şərait yaradılır, parklar salınır. Bu işlər bizim Pirallahı rayonunda da uğurla icra olunur. Ötən müddət ərzində rayon ərazisində onlarla abad məhəllə və park salınıb.
Cənab Prezident, Sizin göstərişləriniz və diqqətiniz sayəsində görülən bu işlər vətəndaşlara göstərdiyiniz qayğınız və dəyərin göstəricisidir.

Əziz Prezidentimiz!

Sizin Azərbaycanın hər bir vətəndaşının yanında olmağınız Pirallahı sakinləri tərəfindən fərəhlə qarşılanır. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir. Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qorunmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər əslində bir sıra dünya ölkələri üçün də nümunədir.

Hər zaman Sizin tapşırıqlarınızın dərhal yerinə yetirilməsinə cavabdeh şəxs olan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun bu çətin günlərdə rayon sakinlərinin daima yanında olduğunu Sizə bildirməyi özümə vətəndaşlıq borcu hesab edirəm. Sizin rəhbərliyiniz və V. İmanovun fəaliyyəti sayəsində rayonumuzda operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər rayon sakinlərinin sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Rayonumuzda olan tənha və aztəminatlı ailələrə göstərilən sosial yardım, onların maddi rifahının bu çətin günlərdə yaxşılaşdırılması məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən 500-dən çox ailəyə ərzaq yardımı göstərilmişdir.

Bütün bu sadalananlar Sizin müdrik rəhbərliyiniz sayəsində həyata keçir. Ona görə də əziz və sevimli Prezidentimiz Sizə rayon ağsaqqalı kimi ilk növbədə öz adımdan və rayonumuzun sakinləri adından təşəkkürümüzü bildirir, çox ağır və çətin fəaliyyətinizdə uğurlar arzulayırıq!

Dərin hörmət və ehtiramla Pirallahı rayon
ağsaqqalları və ictimaiyyətinin nümayəndələri
17.04.2020

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər