Sizin Reklam Burada

"Bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq"

"Bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq"Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev bələdiyyələrin borclarının yığılıb qalması məsələsinə toxunub.

Avrasiya.net xəbər verir ki, deputat bu məsələdə ciddi problem olduğunu deyib.

“Ümumilikdə hesabatda bələdiyyənin borclarının qeyd olunması yaxşı olardı. Eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olar. Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər”.

Azay Quliyevin sözlərinə görə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır:

“Bundan başqa, bu gün bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq. Hesab edirəm ki, gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq. Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər