Sizin Reklam Burada

“Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”

“Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”
Avrasiya.net xəbər verir ki, bu, bu gün Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır:

“Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.

Millət vəkili Sabir Rüstəmxanlı isə artıq deputat köməkçilərinin işə götürülməli olduğunu bildirib:

“Rayondakı köməkçimə bir söz deyə bilmirəm. Çünki rəsmi olaraq işdə deyil. Biz artıq camaatla işimizi necə qurmalı olduğumuzu müəyyənləşdirməliyik. Bizə seçicilərimizlə görüşmək imkanı da yaradılmalıdır. Deputatların rayonlara getməsi üçün rəsmi icazə olmalıdır”.

Spiker Sahibə Qafarova bildirib ki, hələ bir çox deputatların sənədləri hazır deyil:

“Çox təəssüf ki, bəzi deputatların köməkçiləri Bakı qeydiyyatında olsa da, guya hansısa rayonda deputat köməkçisi kimi fəaliyyət göstərmək istəyir. Yəni bir çox sənədlər qaydasında deyil. Yəni yeganə problem sənədlərin qaydasında olmamasıdır. Biz fərdi olaraq heç bir deputatın köməkçisini qeydiyyata ala bilmərik. Deputatlar da məsələnin həllində iştirak etsinlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər