16 apr 11:31Sosial

Gəlin bələdiyyəmizə bələdçilik edək- TƏKLİFLƏR

Gəlin bələdiyyəmizə bələdçilik edək- TƏKLİFLƏRBütün dünyanı cənginə alan koronavirusla mübarizə istiqamətində ölkəmizdə atılan addımları, qəbul edilmiş qərarları müəyyən mənada alqışlayıram. Azərbaycan Prezidentinin vaxtında atdığı addımlar ölkə əhalisində sanki bir rahatlıq yaratmış oldu. Bununla yanaşı ölkə başçısının və birinci vitse-prezidentin birillik əməkhaqqlarının fonda köçürülməsi öz-özlüyündə atılan ən humanist addım hesab etmək olar. Belə bir məqamda özümün fonda maliyyə vəsaitinin köçürmək şansım olmasa da, tövsiyə edildiyi kimi, həm evdə qalıram, həm yaşıdlarımı, dostlarımı bir daha buna səsləyirəm, sosial mediada və Belediyye.info portalında bu istiqamətdə bacardığım qədər mənəvi dəstəyimi göstərirəm.

Hər birimiz yaman günün ömrünün az olduğunu bilirik. Və tələb olunan məqamlara da uyğun hərəkət edirik. Sözsüz ki, çətinliklər də var və bu çətinliklərin aradan qaldırılmasıyla bağlı ciddi addımlar atılacağına da inanıram. Amma bununla yanaşı yəqin ki, zaman gələcək postpandemiya dövründə bundan əvvəl baş vermiş bütün proseslər təhlil ediləcək, hər bir addıma qiymət veriləcək, yaxşı işlər təbliğ olunacaq, neqativlərin aradan qaldırılması üçün isə strategiya hazırlanacaqdır. Hər halda bu belə olacaq. Lakin mən indidən bəzi məqamlara toxunmaq istərdim.

Bələdiyyə sahəsiylə bağlı olduğumdan toxunduğum məsələlər də məhz bu sahə ilə bağlıdır. Etiraf etməliyəm ki, bu gün koronavirusla mübarizə də bələdiyyələr nəyə qadir olduğunu, var gücü ilə dövlətinin və sakininin yanında olduğunu fəaliyyətləriylə göstərdilər. Həm Koronavirusla mübarizə Fonduna ianə köçürməklə, həm də aztəminatlı ailələrə göstərilən maddi yardım, habelə maarifləndimə işlərində bələdiyyələrimiz həqiqətən ekrana sığmayan işlər gördülər. Bu danılmaz faktdır.

Deyilə bilər ki, bu elə bələdiyyələrin işi olmalıydı də. Razıyam, amma gəlin etiraf edək ki, bu gün o çoxsaylı yardımlarla aztəminatlı ailələri sevindirən bələdiyyə sədrlərinin böyük əksəriyyəti bu addımı məhz bələdiyyənin sıfırlanmış kassasından deyil öz şəxsi maliyyəsiylə və ərazisində olan xeyirxah insanların yaxından köməyi ilə etmiş oldular və bunu vətəndaşlıq borcu hesab etdilər. Həqiqətən etiraf etməliyik ki, bələdiyyələr təqdirəlayiq işləriylə seçildilər. Baxmayaraq ki, bəzən gorülən işlərin təqdimatında boşluqlarda oldu, həmçinin yerində sayan, tapşırıq gözləyən və aciz sədrlər də oldu. Hər halda zaman özü bələdiyyələrin gördüyü bu işə qiymət verəcəkdir.

İndisə müşahidələrim barədə...

Koronoavirus bütün sahələrə mənfi təsir etdiyi kimi bələdiyyələrin büdcə gəlirlərinə ciddi təsir etmiş oldu. Yanvar, fevral, mart və aprel ayı bələdiyyələr üçün maliyyə gəlirlərində sanki “durğunluğu ilə” seçildi. Yəni seçkidən sonra yeni formalaşan bələdiyyələr yenicə işə başlamışkən pandomiya ilə mübarizə və üstəlik karantin rejiminin olması nəticədə həm sakinlərin maliyyə durumuna, həmdə bələdiyyələrin büdcə gəlirlərinə mənfi təsir etmiş oldu.

Bəs vəziyyətdən necə çıxmalı?

1. Bələdiyyələrə dövlət büdcəsində nəzərdə tutulan dotasiyanın və subvensiyanın vaxtında nəzərdə tutulduğu vaxtdan bir qədər əvvələ yəni aprel ayının sonunadək verilməsi həyata keçirilsin. Nəzərə almaq lazımdır ki, bu gün böyük əksəriyyət bələdiyyələrin büdcəsində hətta əməkhaqqı verməyə maliyyəsi yoxdur. Və nəzərə alaq ki, hazırda bələdiyyə qulluqçularının sayı 5.500 nəfərə çatır və bələdiyyələrin də əsas gücü məhz bu şəxslərin üzərinə düşür. Onda dotasiyanın tez bir zaman çərçivəsində verilməsi daha məqsədə uyğun ola bilər.

2. Bugün bələdiyyə büdcəsinə əlavə və sabit maliyyə vəsaitinin cəlb edilməsi üçün ilk olaraq ölkəmizdə əmlak amnistiyası elan edilməlidir. Əgər bu amnistiya zamanı sənədləsdirilmə işi bələdiyyə üzərindən həyata keçirilərsə düşünürəm ki, bələdiyyə büdcəsinərəsmi şəkildə kifayət qədər malyyə daxil olmuş olacaq, sonra isə ilbəil həmn əmlakdan verginin toplanılması həyata keçiriləcəkdir. Əlavə edim iqtisadiyat naziri Mikayıl Cabbarovun dövlət başçısıyla görüşdə əmlak amnistiyası məsələsinə toxunulub.

3. Yerlərdə icra strukurlarının və komunal xidmət sahələrinin saxlamasına dövlət büdcəsindən ciddi şəkildə yüksək maliyyə vəsaiti ayrılır. Bugün o vəsait bir çox hallarda ya səmərəsiz yerə xərclənir, ya icra başçıları üçün əlavə “gəlir” mənbəyinə çevrilir. Ağstafa, Neftçala və Yevlax RİH başçılarının həbsi bunu bir daha göstərdi. Odur ki, yerli icra nümayədəliklərinin və komunal xidmət sahələrinin ləğv edilərək, bələdiyyələrə verilməsi və ilk olaraq büdcədən ayrılan vəsaitin ilk iki il ərzində bələdiyyələrə ayrımaqla həm icra strukturlarının işini yüngülləşdirmiş oluruq, həm büdcə vəsaitlərinin qənaət etmiş oluruq, həm də əsas məsuliyyət yükünü bələdiyyənin üzərinə qoymaqla sakinlərin də məsuliyyətini artırmış oluruq.

4. Bələdiyyələrin əsas büdcə gəliri əmlak və torpaq verigisindən formalaşır. Mehmanxana rüsumları da yerli büdcənin əsas istiqamətlərindəndir. Lakin vergilərin toplanılmasında bələdiyyə vergi ödəyicilərinə qarşı hər hansı ciddi sanksiya tətbiq etmək iqtidarında deyil. Bəzən də ciddi maneələrlə üzləşdiyindən geri çəkilmək məcburiyyətində qalır. Odur ki, qanunvericilikdə həm əmlak və torpaq vergisinin artırılmasına və sanksiya tətbiqiylə bağlı məqamlara baxılması daha düzgün qərar ola bilərdi.

5. Bununla yanaşı bələdiyyə assosiasiyalarının fəaliyyətinin daha səmərəli və keyfiyyətli olması, bələdyyələrin arxasınca deyil, bələdiyyələri arxasınca aparması üçün bu üç qurumun birləşdirilərək fəaliyyətinə yenidən baxılmasına hazır ki, dövrdə ehtiyac vardır. Etiraf edək ki, koronovirusla müabrizədə və bələdiyyələri narahat edən digər məsələlərdə assosiasyanın passivliyi hiss olundu və bu da bələdiyyələrin fəaliyyətinə ciddi şəkildə təsir etdi.

Beləliklə, biz qısa şəkildə hamımızın bildiyi bəzi məqamlara toxunduq. Bu problemlərin həlli sonda DSMF-yə borca görə bank hesabı bağlı olan 1000 yaxın bələdiyyənin borcunun sıfırlanmasına həmdə səbəb olacaqdır.

Xahişim odur ki, bələdiyyə sahəsində problemlərin aradan qaldırılmasıyla bağlı verilən təklif və iradları səmimi qəbul edək. Sonda isə təklif və iradları neqativ məcraya yox, ümumi işimizin xeyrinə məhz pozitiv məcraya yönəltməklə Ulu öndər Heydər Əliyevin yaratdığı bələdiyyə sisteminin daha yüksək inkişafına nail olaq və ASANXİDMƏTİ dünya brendinə çevidiyimiz kimi, bələdiyyəmizidə belə yüksək inkişaf səvviyəsinə çatdıraq. Nəticədə isə inanıram ki, bu inkişaf həm dövlətimizin, həm bələdiyyələrimizin, həmdə sakinlərimizin xeyrinə olacaqdır.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədr
XƏBƏR LENTİ
25-05-2020, 11:53
SORĞU