Sizin Reklam Burada

"İnsanlığın sinaga çəkildiyi bu çətin günlərdə tamahı, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir"

"İnsanlığın sinaga çəkildiyi bu çətin günlərdə tamahı, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir"Əliməmməd Nuriyev

Koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbilər və xüsusi karantin rejiminin tətbiq olunması təbii olaraq əhalinin az təminatlı hissəsi və günəmuzd çalışanlar üçün maddi problemlər yaradıb. Həmçinin iqtisadiyyatın bir çox sahələri ziyan görür. Bütün dünyada olduğu kimi Azərbaycan hökuməti tərəfindən əhalinin az təminatlı hissəsi və günəmuzd çalışanlara dəstək verilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə tədbirlər əksini tapır.

Bu 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir. Həmin istiqamətlər üzrə ayrılan vəsait isə 394 milyon manatdır. Bu il aprel-may aylarında əlavə olaraq 50 min ödənişli ictimai iş yerinin yaradılacağı nəzərdə tutulub. Özünüməşğulluq proqramı genişləndiriləcək, bu il 11 min nəfərin proqrama cəlb ediləcək. İişsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi də tədbirlər sırasındadır. Bu məqsədlə 70 milyon manat ayrılıb.

Çox təəssüf ki, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün 190 manat ödənilməsi prosesi ətrafında süni ajotaj yaradıldı. Şübhəsiz ki, işsizlərə ayrılan yardımın ümumi məbləği ilə bağlı müzakirələr açmaq olar. Təbii ki, işsiz olan, karantin dövründə işini itirən, gündəlik qazancından məhrum olan vətəndaşların bu məbləği almaq hüququ var.

Bu kateqoriyaya məxsus vətəndaşların dövlətdən gözləntiləri də təbiidir. Uman yerdən küsərlər. Ancaq aşkar müşahidə olundu ki, bu proses ətrafında süni və məqsədli şəkildə ajiotaj yaradıldı, bu həssas vaxtda təmkinli davranış, konstruktiv müzakirələr və obyektiv mövcud olan problemlərin müzakirəsi, həll yollarının təklif edilməsi əvəzində ictimai rəyin körüklənməsi, kütləvi etiraz imitasiyası yaradılması səyləri açıq göründü. Nəzərə alınmadı ki, indiki vəziyyət fors-major vəziyyətdir, hətta dünyanın inkişaf etmiş iqtisadiyyatlarına malik ölkələr belə bu situasiyanın yaratdığı problemləri anındaca həll etmək imkanına malik deyillər.

Bu cür situasiyalarda ən yaxşı çıxış yolu, təmkinli davranış, sistemli düşünməkdir. Bu cür vəziyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sistemində müşahidə olunan texniki problemlər də təbiidir. Bu tamamilə yeni bir vəziyyət idi və çağırışıydı. Nazirlik bu çətinliklərin aradan qaldırılması üçün çevik çalışdı, geniş məlumatlandırma kampniyası apardı. Elektron sistem rekord qısa müddətə təkmilləşdirildi. Bu baxımdan obyektiv problemləri qeyd etməklə yanaşı, yalnız bu çətinlikləri gündəmdə saxlamaq, ayrı-ayrı epizodları qabardaraq ümumi bir narazılıq-ab-havası yaratmaq səyləri müşahidə olundu.

Nəzərə almaq lazımdır ki, ƏƏSMN-də koronovirusla mübarizədə ön cəbhədədir və döyüşdə olduğu kimi bütün məsələləri əvvəlcədən planlaşdırmaq mümkün olmur, bir çox çətinlikləri elə yerində, səngərdə həll etmək zərurəti yaranır. 65 yaşdan yuxarı vətəndaşlara evdə qayğı məsələləri çox yaxşı təşkil olundu, DOST Mərkəzləri bu sınaqdan yaxşı çıxdı. Sosial işçilər də pis işləmərilər, yəni sosial müdafiə sistemi və mexanizmlərin mövcud resurslarla optimal fəaliyyət göstərilməsinə gerçəkdən səy göstərildi.

Bir daha qeyd edək ki, karantin rejiminin elan olunmasından və pandemiyadan zərər görən, problemlərlə üzləşən hər bir vətəndaş, biznes dövlətdən dəstək ummalıdır. Hökumət də öz növbəsində indiyə qədər açıqlanan dəstək proqramlarını bir daha sərf-nəzər edib, optimallaşdırma aparıb, yeni alətlər tətbiq etməlidir. Dövlətdən gözləntilər böyükdür və şübhəsiz ki, dəstək tədbirləri də adekvat olmalıdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, resurslar da hüdudsuz deyil, həmçinin hələ perspektiv də qeyri-müəyyəndir və hökumət gələcəyi də düşünməli, ehtiyatını görməlidir. Bu məsələlər soyuqqanllı analiz, konstruktiv yanaşma və məsuliyyətli davranış tələb edir.

Bu çətin günlərdə tamahın, isterikanın ön plana çıxması qətiyyən yolverilməzdir. Bununla yanaşı hökumət də ehtiyacların real həcmini nəzərə alaraq lazım olmayan yerdə xəsislik etməməlidir. Bu zaman xəsisliklə qənaətcil və məsuliyyətli davranışı qətiyyən qarışdırmaq olmaz. Eyni zamanda hökumətlə konstruktiv müzakirə və çağırışları, problemlərin müzakirəsinin də siyasi şouya, siyasi fürsətçiliklə əvəzlənməsi cəhdləri də yolverilməzdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər