Sizin Reklam Burada

Koronavirus pandemiyası səmərəli dövlət idarəçiliyi qarşısında əlacsızdır - Deputat

Koronavirus pandemiyası səmərəli dövlət idarəçiliyi qarşısında əlacsızdır - DeputatCənab Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi bir daha koronavirus pandemiyasının səmərəli dövlət idarəçiliyi qarşısında əlacsız olduğunu görsətdi.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, ilk növbədə diqqətəlayiq məqam Azərbaycan hökümətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğunlaşması və islahatların ardıcıl formada davam etdirilməsidir: "Burada xüsusilə qürurverici məqam isə bir neçə gün öncə cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə nəinki milli, hətta regional və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istədiyindən və buna imkan verən potensialından irəli gəlir.
Müşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin dəyə biləcək zərərin minimuma endirilməsi kimi məsələlər də daxil olmaqla əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır. Bu məcrada xüsusilə son dövrlər inkişaf edən kənd təsərrüfatı sahəsində mümkün durğunluğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır".

Deputat qeyd edib ki, xüsusilə bu sahədə məhsuldarlığın qorunması üçün həyati əhəmiyyətə malik suvarma suyu ilə təminatın yaxşılaşdırılması hökümət tərəfindən prioritetləşdirilən istiqamətlərdəndir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərə çıxışlarının asanlaşdırılması məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə otuz milyon manat ayrılmışdır: "Əhalimizin təmiz suya əlçatanlığının yaxşılaşdırılması nəticəsində ölkəmiz eyni zamanda 6-cı Davamlı İnkişaf Məqsədi istiqamətində böyük irəliləyiş əldə edəcək. Bütün bu tədbirlər bizi arxayın edir ki, cənab Prezidentin liderliyi altında hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf etməyə davam edəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər