Sizin Reklam Burada

Şura sorğunun nəticəsini elan edib

Şura sorğunun nəticəsini elan edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yanında yaradılmış İctimai Qərargahın növbəti iclası keçirilib.

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdəki “Sosial şəbəkələrdə aparılan monitorinqin nəticələri” və “İctimai Qərargahın fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi” mövzuları barədə ətraflı məlumat verib. Fərasət Qurbanov Şuranın “evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə və “evdə qalaq,bilgi qalaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyaları çərçivəsində görülən işlər barədə danışıb. İcraçı direktor İctimai Qərargahda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunduğunu bildirib.

F. Qurbanov deyib ki, Şuranın koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin göstərilməsi məqsədilə qeyri-hökumət təşkilatları üzvlərinin könüllü olaraq iştirak etmək imkanlarının öyrənilməsi məqsədi ilə keçirdiyi onlayn sorğuda 100 QHT nümayəndəsi iştirak edib. Dörd mövzu üzrə keçirilən sorğuda tibbi maarifləndirmə və tibbi ləvazimatların paylanması ilə bağlı 43, tibbi xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 3, psixoloji xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 18, ahıl və tənha insanlara xidmətlərin göstərilməsi istiqamətində isə 36 QHT nümayəndəsi könüllü olaraq iştirak etmək istədiyini bildirib.

İclasda Qəbələ Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Qalib Nəbiyev, Şirvan Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev, Mingəçevir Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Füzuli Əsədov, Şəmkir Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Fuad Bədəlov və Quba Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayevin təmsil etdikləri regionda vətəndaşların COVİD-19 pandemiyası ilə bağlı hazırda davam edən karantin rejiminə əməletmə vəziyyəti və digər məsələlərlə bağlı monitorinqin nəticələri barədə məruzələri dinlənilib.

İclasda həmçinin, İctimai Qərargahın üzvü olan “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev və Vamiq Babayev də fəaliyyət göstərdikləri regionda koronavirusla bağlı müşahidələrini bölüşüb.

Şura Katibliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud koronavirus pandemiyasıyla bağlı sosial şəbəkələrdə aparılan müzakirələr və antiazərbaycan dairələrin, marginal siyasi qrupların dövlətimizin əlehinə apardığı fəaliyyət barədə məruzə edib. E.Behbud QHT-lərin sosial mediada dövlətin həyata keçirdiyi siyasətin müdafiəsi ilə bağlı apardığı fəaliyyətin təqdirəlayiq olduğunu və bu fəallığın daha da artırılmasının vacibliyini vurğulayıb.

İclasda çıxış edən digər Şura üzvü Nərgiz Xələf, Anar Xəlilov, QHT rəhbərləri Aynur Məmmədova, Elşad Məmmədli, Telman İsa, Ruslan Atakişiyev və digər şəxslər vətəndaşların hazırkı karantin rejiminə ciddi qaydada əməl etməsinin vacibliyini bildirib və təkliflərini səsləndiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər