Sizin Reklam Burada

Koronavirusdan qorunmaq üçün bunu edin - Sadə qayda

Koronavirusdan qorunmaq üçün bunu edin -  Sadə qayda
Hazırda dünyada koronavirusu müalicə edən xüsusi dərman və ya ondan qoruyan peyvənd yoxdur. Bəli, həkimlər koronavirusun müalicəsi üçün müxtəlif preparatlardan istifadə edir.

Lakin bu müalicə sınaq, eksperiment xarakteri daşıyır. Yəni 100% hallarda effekt vermir.

Belə vəziyyətdə insan orqanizmin daxili resurslarına ümid etməli və onlardan istifadə etməlidir. “Daxili resurslar” dedikdə immun sistemini nəzərdə tuturuq. Bütün mütəxəssislər qeyd edir ki, koronavirusun ən effertli “dərmanı” immunitetdir.

İnsanlar əsrlərlə virus və bakteriyalar əhatəsində yaşayır. Onlardan bəziləri tam zərərsiz olsalar da, bir çoxları müxtəlif təhlükəli xəstəlikləri yarada bilir. Əgər insan bütün bu mikrob və virusların qarşısında zəif və çarəsiz olsa idi, o, çoxdan Yer üzündən tam silinəcəkdi.

İmmunitetin bir çox bizi qoruyan mexanizmləri var. Onlardan biri göz, burun və ağzımızın selikli qişalarıdır. Məhz onlar virus və mikrobların “zərbə”sini ilk olaraq öz üzərinə götürür.

Seliklli qişalar virus və mikrobları zərərsizləşdirmək üçün bir sıra vasitələrdən istifadə edir. Burada lizosim, makrofaqlar, limfositlər və digər immun hüceyrələri var. Bu hüceyrələr ziyanlı agentləri zərərsizləşdirir, onların orqanizmə daxil olmasına əngəl yaradır.

Həmçinin selikli qişalar mexaniki olaraq virus və mikrobların orqanizmə daxil olmasına mane olur – ziyanlı agentlər onlara yapışır və selikdə “batır”.

Lakin selikli qışaların normal işləməsi üçün onların nəm, yəni “selikli” olması çox vacibdir. Selikli qişalar quruyanda onların funksiyası zəifləyir. Həmçinin bu zaman onların üzərində mikroçatlar əmələ gəlir ki, bu çatlar da mikrob və viruların orqanzimə düşməsinə əlavə şərait yaradır.

Beləliklə, mikrob və viruslardan qorunmaq üçün ilk olaraq selikli qişaların nəm olmasına fikir vermək lazımdır. İstilik sistemləri selikli qişaları çox qurudur. Bu səbəbdən fikir vermək lazımdır ki, evdə rütubətin göstəricisi 40-60% olsun. Yeri gəlmişkən koronavirus bu rütubəti “sevmir” və belə şəraitdə daha tez məhv olur. Əksinə isə 0-30% rütubət onun yayılması üçün ən əlverişli şərait yaradır.

Selikli qişaların nəm olması üçün həmçinin gün ərzində 1-1,5 l su içmək lazımdır. /Saglamolun.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər