Jurnalist yaydığı videoya görə həbs edilib? – DİN

Jurnalist yaydığı videoya görə həbs edilib? – DİN
Jurnalist İbrahim Vəzirovun yayımladığı materiala görə həbs edilməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, jurnalist karantin rejimini pozduğu və polisin tələblərinə tabe olmadığı üçün həbs edilib.

Qeyd edək ki, Şirvan şəhərində yaşayan və ötən gün karantin rejimini pozduğuna görə 25 sutka inzibati həbs cəzası alan jurnalist İbrahim Vəzirovun anası mətbuata açıqlama verərək, oğlunun Şirvan-Salyan postunu qanunsuz keçən şəxslə bağlı material yaydıqdan sonra Şirvan Post Patrul Xidmətinin komandiri İsmayıl Hacıyevin təzyiqlərinə məruz qaldığını və bundan sonra həbs edildiyini iddia edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər