Sizin Reklam Burada

Virusla mübarizə ilə bağlı təcrübəni bölüşmək çox vacib məsələdir - Partiya sədri

Virusla mübarizə ilə bağlı təcrübəni bölüşmək çox vacib məsələdir - Partiya sədriTürk Şurasının toplantısında pandemiyaya qarşı addımlara dair təcrübə mübadiləsi olub.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycanın Türk sammitinə ev sahibliyi etməsi ilə bağlı açıqlamasında bildirib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) aprelin 10-da keçirilən fövqəladə Zirvə görüşünün əsas mövzusu koronavirus pandemiyası ilə mübarizyə həsr olunmuşdu. Pandemiyanın dünyada tuğyan etdiyi bir vaxtda informasiya və virusla mübarizə təcrübəsinin bölüşməsi çox vacib məsələdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun da bu görüşı qoşulması Zirvə görüşünün əhəmiyyətini bir qədər də artırmış oldu. Koronavirusla mübarizə tək bir ölkənin işi deyil və heç vaxt onun öhdəsindən gələ bilməz. Bu qlobal məsələdir. 4-5 ayda toplanan təcrübə ölkələr arasında bölüşməlidir, resurslar birləşdirilməlidir" - ALDP sədri bildirdi.

"Türk Şurasının Zirvə görüşü pandemiyaya qarşı addımlara dair təcrübə mübadiləsi olub. Bu baxımdan çox önəmli bir görüş olub"- sonda Fuad Əliyev qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər