Sizin Reklam Burada

Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi

Lerikdə hamilə məktəbliyə görə 59 yaşlı müəllim həbs edildiDaxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

Avrasiya.net xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

"Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M. B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib".

E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub: "Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər