Sizin Reklam Burada

Azay Quliyevin təşəbbüsü ilə 200 ailəyə ərzaq, 2000 nəfərə tibbi ləvazimat yardımı göndərilib

Azay Quliyevin təşəbbüsü ilə 200 ailəyə ərzaq, 2000 nəfərə tibbi ləvazimat yardımı göndərilibMillət vəkili Azay Quliyevin təşəbbüsü ilə 200 ailəyə ərzaq, 2000 ailəyə tibbi ləvazimat yardımı göndərilib.

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkili koronavirusla mübarizə məqsədilə görülən və görüləcək tədbirlərlə bağlı yayınladığı açıqlamasında qeyd edib.
Koronavirus (COVİD-19) təhlükəsinin artdığı şəraitdə seçicilərimlə bağlı görülən işlər haqqında qısa məlumat verməyi zəruri hesab edirəm.

Bildiyiniz kimi, mart ayının 25-dən etibarən yaşı 65-dən yuxarı olan seçicilərimin karantin rejimi ilə əlaqədar üzləşə biləcəkləri mümkün problemlər haqqında məlumatların operativ qaydada çatdırılması və həlli məqsədilə azayguliyev.az saytı üzərindən “elektron müraciət xidməti” yaradaraq sakinlərin istifadəsinə təqdim etdim. Bundan başqa yaşlı nəslin nümayəndələrinin bir çoxunun internetdən geniş istifadə etmək vərdişinin zəif olduğunu nəzərə alaraq, fəal seçicilərdən ibarət əlaqələndirmə qrupu yaratdım. Hesab edirəm ki, 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində koronavirusla bağlı vəziyyət, o cümlədən gücləndirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi və mövcud şəraitdə sakinləri narahat edən məsələlər haqqında dəqiq və çevik məlumatın əldə edilməsində bu cür əlaqələndirilmiş fəaliyyətin müsbət rolu olacaqdır.

Bu gün isə mənim təşəbbüsümlə seçicilərim arasında yaşı 65-dən yuxarı, imkansız və xüsusi qayğıya ehtiyacı olan 200 ailəyə ərzaq yardımı, 2000 nəfərə isə koronavirusdan qorunmaq üçün zəruri tibbi ləvazimatlar verilməyə başlanıldı.

Fürsətdən istifadə edib, hörmətli seçicilərimdən bir daha gücləndirilmiş karantin rejiminin tələblərinə ciddi əməl etməyə, ən əsası evdə qalmağa və ümummilli həmrəyliyimizə töhfə verməyə çağırıram.
#bizbirlikdəgüclüyük

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər