Sizin Reklam Burada

"Dövlətimizin bütün çağırış və tələblərinə riayət edilsə‚ tezliklə coronavirusdan xilas olarıq"

"Dövlətimizin bütün çağırış və tələblərinə riayət edilsə‚ tezliklə coronavirusdan xilas olarıq"Hər kəs qanunlara və Dövlətimizin tələblərinə əməl etməklə həm özünü qorumuş olacaq‚ həm də ölkəmizin mövcud Covid-19 pandemiyasından qorunmasına xidmət etmiş olacaq. Bunun üçün Dövlətimizin bütün göstərişlərinə qeyd-şərtsiz əməl edilməli və hamılıqla Dövlətimizə bu mövcud düşmənlə mübarizədə dəstək verilməlidir..

Bunu Avrasiya.net-ə açıqlamasında politoloq‚ siyasi ekspert Mirsamir Məmmədov deyib.

M.Məmmədov mövcud pandemiya təhlükəsinə qarşı Dövlətimizin həyata keçirtdiyi qabaqlayıcı tədbirlərdən və mükəmməl izolyasiya və qorunma tədbirlərindən danışaraq bildirib ki‚ bütün dünyanı cənginə alan və hər tərəfi bürüyən bu Coronavirus infeksiyası mövcud dünyanın dəhşətli probleminə çevrildiyi üçün hər bir kəs öz üzərində məsuliyyət hiss etməlidir. Dövlətimiz üzərinə düşən bütün işləri yüksək keyfiyyət və peşəkarlıqla icra etdi və mövcud bəlanın ölkəmizdə daha böyük fəsadlar yaratmasının qarşısı bütün imkanlar səfərbər edilərək alınmağa çalışıldı. Dövlətimiz bütün lazımı və izolyasiya tədbirlərini vaxtında‚ düzgün‚ dəqiq və operativ şəkildə həyata keçirdərək dünyanı bürüyən bu dəhşətli pandemiyanın qarşısını vaxtında kəsdi.

Təcili və təxirəsanmız qabaqlayıcı tədbirlər ölkəmizi kütləvi insan ölümlərindən qorudu. Amma bundan sonrakı vəziyyət isə xalqımızın və insanların öz məsuliyyətini dərk edərək Dövlətimizin həyata keçirtdiyi təcili və operativ profilaktik izolyasiya tədbirlərinə dəstək olmaqdan asılıdı. Hər bir vətəndaş öz məsuliyyətini anlayaraq Dövlətimizin bütün çağırışlarına əməl etməlidir. Xüsusi xidməti missiyası və evdən çıxması üçün xüsusi işi olmayan şəxslər evdə qalaraq virusun daha da yayılmamasına xidmət etməlidir. Evdə qalmadıca virus yayılacaq. Virusa yoluxmuş istənilən bir şəxs özü də bilmədən qarşılaşdığı‚ salamlaşdığı hər kəsi və getdiyi hər yeri və toxunduğu hər səthi yoluxdurur. Bu isə virusla mübarizəni nəinki çətinləşdirir‚ hətta yayılma sürətini‚ qorunma sürətindən birə min artırır ki‚ belə hal daha da ağır faciəvi hallara gətirib çıxarar. Bunun üçün‚ ölkəmizin və xalqımızın mövcud Coronavirus pandemiyasından qorunması və xilas olması üçün evdə qalaraq mümkün qədər‚ vacib zərurət yaranmadıqca evdən çıxmamaq lazımdır.

Ancaq bu şəkildə mövcud virus bəlasına qarşı effektli mübarizə apararaq‚ ona qalib gəlmiş olarıq. Həmçinin ölkəmizi beləcə qorumuş olarıq. Hər kəsdən Dövlətimizin bütün çağırış və tövsiyyələrinə‚ qanunların tələblərinə riayət etməyə çağırırıq. Hamılıqla birlikdə qanunlara və mövcud qayda və tələblərə əməl edərək ölkəmizi qorumuş olacıyıq. Dövlətimizin çağırış və tələblərinə əməl etmək bizim həm insanlıq‚ həm vicdan borcumuz‚ həm də üzərimizdəki müqəddəs vəzifədir. Dövlətimizin çağırış və tələblərinə əməl etmək ölkəmizin virusdan xilası deməkdi. Bu isə ölkəmizə‚ vətənimizə və xalqımıza misilsiz bir xidmətdir. Dövlətimizin və qanunun tələblərinə əməl etmək insanlığa verəcəyimiz bir töhvədir. Və hər birimiz bu qayda və tələblərə əməl edərək bu şərəfli xidməti yerinə yetirməliyik. Ölkəmizi qorumalıyıq. Hər kəsin üzərindəki vacibi əməl evdə qalaraq virusun yayılmasının qarşısını almaqdır. Vətəndaşlarımız evdə qalmaqla virusun yox olmasına xidmət edəcək. Hamılıqla bunu etməliyik. Ölkəmizin və xalqımızın təhlükəsizliyini evdə qalaraq qorumalıyıq. Evdə qalmaq həmçinin öz təhlükəsizliyimizi qorumaqdır. İnsanlar evdə qaldıqca həm də özlərini mövcud təhlükədən və dünyanı ağuşuna alan bu virus bəlasından qorumuş olacaq.

Uca ALLAH ölkəmizi‚ xalqımızı və Dövlətimizi dünyanı cənginə alan bu dəhşətli bəladan qorusun. AMİN

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər