07 apr 09:35Sosial

"Tibbi maska istehsalı vaxtında həyata keçirilən layihədir"

"Tibbi maska istehsalı vaxtında həyata keçirilən layihədir" "Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı vacib və vaxtında həyata keçirilən bir layihədir".

Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev dünən Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlamasına münasibətində deyib.

F.Əliyev qeyd edib ki, xüsusilə də koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı, istehsalçı ölkələrin isə tibbi maska ixracını dayandırması bir vaxtda bu fabrikin açılması mütləq idi: "Hesab edirəm ki, daxili bazarın tələbatı ödəyəndən sonra, tibbi maskaların ixracını da fikirləşmək olar. Xüsusi karantin, bu müəssisənin açılışı və digər qabağlayıcı addımlar virusun kütləvi yayılmasının qabağını alacaq. Sadəcə, bir daha bildirmək istəyirəm ki, vətəndaşlar dözümlü, səbirli olsunlar, panikaya düşməsinlər".
XƏBƏR LENTİ
SORĞU