04 apr 11:04Sosial

Nazirlər Kabineti aydınlıq gətirdi: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər”

Nazirlər Kabineti aydınlıq gətirdi: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər”
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sabahdan gücləndəriləcək xüsusi karantin rejimi ilə bağlı ictimaiyyəti maraqlandıran bir sıra suallara aydınlıq gətirib.

Avrasiya.net-in məlumatına görə, İ.Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və aptekə SMS icazəsi olmadan gedə bilərlər:

“1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilmiş işçiləri mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər”.

İ.Məmmədov küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac olub-olmadığıa aydınlıq gətirib:

“Belə bir icazəyə ehtiyac yoxdur! İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir”.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətləri 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiq olunacaq.

(Qərarla ətraflı BURADAN tanış olmaq mümkündür)

Qərara əsasən, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
XƏBƏR LENTİ
SORĞU