Sizin Reklam Burada

Maska taxmayaraq küçəyə çıxanlar cərimələnir? - AÇIQLAMA

Maska taxmayaraq küçəyə çıxanlar cərimələnir? - AÇIQLAMA
Sükan arxasında olarkən tibbi maskadan istifadə etməyən sürücülərin nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərə qarşı cərimənin tətbiq edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Avrasiya.net xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib ki, maskadan istifadə etməyən sürücülərin yollarda quraşdırılan nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərin cərimələnməsi barədə yayılan məlumatlar şayiədir:

"Təbii ki, maskasız çölə çıxmaq karantin qaydalarının pozulmasıdır. Maska virusun yayılmaması üçün vacibdir. Buna görə də qoruyucu vasitələrdən istifadə etmək məqsədə müvafiqdir. Amma sürücülərin sükan arxasında maskadan istifadə etməməsinə görə məsuliyyət nəzərdə tutulmur. Belə hallarda polis əməkdaşlarının vəzifəsi ondan ibarətdir ki, sürücülərə yaxınlaşaraq onlara maskadan istifadə etməsini xatırlatsınlar".

A.Qasımlı deyib ki, avtomobillərə elektron protokol tərtib edilə bilməz:

"Tətbiq olunan məhdudiyyətlər vətəndaşlarla bağlıdır. Nazirlər Kabinetinin son qərarında avtomobillərin hərəkəti ilə bağlı heç nə yoxdur. Əgər icazə əsasında küçəyə çıxırsa və şəxsi avtomobilindən istifadə edirsə, bununla bağlı bir problem yoxdur. Cərimə avtomobilin idarəedilməsinə görə deyil, karantin qaydalarının pozulmasına görə olur".

A.Qasımlı nəzərə çatdırıb ki, ümumilikdə karantinlə şayiələrin yayılması da inzibati məsuliyyətə səbəb olur:

"Belə hala görə həm cərimə cəzası, həm də həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Buna görə də vətəndaşları şayiə yaymamağa çağırıram".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər