Sizin Reklam Burada

Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda VƏTƏN!

Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda VƏTƏN!
Aprel ayının 1-dən 2-nə keçən gecə başlayan və Azərbaycanın qələbəsi ilə nəticələnən #DördgünlükMüharibə kimi tariximizə keçən Aprel döyüşlərindən 4 il ötür.

Biz, bu gün sözü gedən döyüşün nəticəsində qazandığımız qələbəni qəhrəman şəhidlərimizə, döyüşçülərimizə və döyüşlər zamanı arxa cəbhədən ön cəbhəyə yollanmaq üçün həmrəylik, səfərbərlik göstərən xalqımıza borcluyuq! Düşmənin ağır itkilərlə üzləşdiyi döyüşlərin nəticəsində azad olunan 2000 hektar ərazi torpağımız, bayrağımızın dalğalandığı #Lələtəpə yüksəkliyi və bu gün gələcəyimiz olan azyaşlıların yaşadığı, təhsil aldığı, böyüdüyü #CocuqMərcanlı kəndləri bizim güclü ordumuzun və vətənpərvər mübariz xalqımızın olmasının sübutudur.

Bütün bu sadaladıqlarımda şəhid zabit və əsgərlərimizə borcluyuq. Aprel döyüşləri zamanı həyatını itirmiş vətəndaşlarımız arasında seçki dairəmə daxil olan Qobu qəsəbəsi (Abşeron) və Bədəlli kəndinin (Qobustan) sakinləri də vardır.

1997-ci il təvəllüdlü Qobu sakini Əli İntiqam oğlu Heydərov və 1993-cü il təvəllüdlü Bədəlli sakini Orxan Ələsgər oğlu Müstəcəbovun timsalında bütün şəhidlərimizə borclu olduğumuzu bildirərək, dərin hörmət və ehtiramla hissi ilə ən dərin baş sağlığı diləklərimi çatdırıram.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hörmətlə,
Şahin Seyidzadə
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı

Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda VƏTƏN!
Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda VƏTƏN!
Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda VƏTƏN!
Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda VƏTƏN!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər