01 apr 12:38Sosial

Fövqəladə vəziyyətlərin sosial psixologiyaya birbaşa təsiri və nəticələri

Fövqəladə vəziyyətlərin sosial psixologiyaya birbaşa təsiri və nəticələriFövqaladə vəziyyətlərin sosial psixologiyaya təsirləri
Bu aralar tv-də xəbərlər proqramlarını, saytlarda koronovirus mövzusunda yazıları, TV verilişləri izləməyi məhdudlaşdırın. Günün hər dəqiqəsini bu məlumatla yükləmə kütləvi psixoz yaradır. Təlimat və xarakterik bilgilər yetərincə verilib. Aşırı məlumat insanları qorxu və təlaşa sürükləyir, özgüvənini azaldır. Psixoloq deyib onlarsız da ötüşəcək mövzularda aktivlik göstərən psixoloqlar hanı? Niyə bu barədə izahlarınızı görmürük? Məhz indi bilik və bacarığınıza ehtiyac var. Zəruri ehtiyac!!
Dünən ya srağa gün yerli telekanalların birində epidemiyayla bağlı qorxu və fentezi janrında çəkilmiş "yoluxma" adlı film yayımlanıb. Psixoloqlar desin. Yaşanan reallıqda bu cür filmlərin nümayişi nə deməkdir?

Vəziyyət televiziya ekranlarında təhtəlşüura, səthi psixikaya müsbət təsirlər edən, immuniteti gücləndirən hormonların daha çox oynaqlığını yaradacaq verilişlərin, səs və rəng fonlarının yer almasını mütləq və mütləq fasilə yaratmadan intensiv görünməyini tələb etdiyi halda niyə bunlar görünmür?

İctimai təşkilatlar, siyasi partiyalar, müxtəlif funksiyalı özəl və dövlət korparasiyalrı, idarələr..bir sözlə kollektiv səciyyəli hər subyekt ictimai təsir əhəmiyyətli reklam, təbliğat və digər praktik səmərəli fəaliyət qoymalıdır ortaya. Hazırkı kommunikasiya imkanları çərçivəsində bu işlər çətin və risqli deyil.

Fövqəladə halların fərdi və kütləvi psixoloji halətə təsiri birmənalıdır. Məhz yaşanan belə hallar vahidləşən güclü bir cəmiyyət yaratmaq yaxud, yaxud passivləşmiş müsbət ümummilli səciyyələri canlandırmaq üçün ən münbit şəraitdir. Cəmiyyətin bir poladdan hazırlanmış və ya cilalanmış qılınc və qalxana dönməsi bu zəminlərdə yaranır. Bəlalar cəmiyyətin test edilməsi üçün kobud səslənsə də imkandır deyək. Kütləvi reaksiyaların ölçüsü və təsir dalğaları, zəncirvari və dağınıq təzahürlərini, neqativ və müsbətlərinin şkalasını öyrənəcək vasitədir. Hətta müharibə belə ölkənin hər məntəqəsini ağuşuna almayıbsa, bu kimi vəziyyətdə xalqın tamamını yönləndirəcək, özünə çəkəcək qədərində effektiv deyil. Yalnız hər bir evi, hər fərdi ağuşuna alacaq amillərdir ki, sosial - psixoloji, mental-kulturoloji psixologiyaya təsir edir.

Hər şeyin əks üzü olduğu kimi bu kimi vəziyyətlər də zidd şərtlər yaradır. Gərəkən işlər görülmədikdə ağır psixoloji zərbə almış, tarixi durumun, dövlətin çağırışlarına süst və biganə, cəsarətsiz, inamsız, qavrama qabiliyyəti sıfırlanmışların çoxluq təşkil etdiyi insan toplumu ortada ola bilər. Fərdi eqosu xalqlaşmanı məhv edəcək qədərində qabarmış kütləyə çevrilər.. Bu gün cəmiyyətdə müşahidə etdiyimiz bəzi kompaktlaşmış neqativ cəhətlər 90-cı illərdəki vəziyyətin mərəzləridir. Həmin dövrdə dövlət və ictimai institutların hələ formalaşmadığından bu səpkidə qabaqlayıcı işlər görülə bilmədi. Kütləvi bəlanın təsirindən yaranan halət elə xassəli əmmadır ki, onu növbəti bu cür kabusla aradan qaldırmaq olur. Tanrı bizi belə bir bəlanın yaranmasından və onu aradan aparmaq üçün növbəti dərdin gəlişindən uzaq etsin.

Əli İsgəndərov
XƏBƏR LENTİ
SORĞU