Sizin Reklam Burada

Deputatdan təklif: “İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir”

Deputatdan təklif: “İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir”“Azərbaycan Ordusu bu gün ən yaxşı texnika ilə təmin olunub”.

Avrasiya.net-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu texnikalar mütəxəssislər tərəfindən istidfadə olunmalıdır: “Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27%-dir. Həm də indi əksəriyyət hərbi xidmətə könüllü gedir. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.

Komitə sədri deyib ki, “Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olanlar hərbi xidmətə çağırılmır: “Yəni möhlət verilir. Əvvəllər bu, iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşaq qoyan şəxsin cəbhədə fikri ailəsində olacaq. Ona görə də iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir".

Deputat “Alternativ hərbi xidmət haqqında” qanunun da müzakirəsi üzərində düşünməyin vacib olduğunu diqqətə çatıdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər