29 mar 16:17Sosial

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ
Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir. Bu barədə Avrasiya.net-ə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirua təhlükəsinin qarşısının alınmasıdır:

"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".
XƏBƏR LENTİ
SORĞU