28 mar 10:35Sosial

Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu

Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim".

Avrasiya.net xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib.

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.

O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.

20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacağam, ancaq o müharibə ilə bu mübarizə, demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır".
XƏBƏR LENTİ
SORĞU