25 mar 19:03Sosial

Karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edildi - FOTO

Karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edildi - FOTOMingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər
XƏBƏR LENTİ
SORĞU