Sizin Reklam Burada

Dağ Yəhudiləri Dini İcması Fonda on min manat köçürüb

Dağ Yəhudiləri Dini İcması Fonda on min manat köçürüb
Hazırda planetimiz yeni növ koronavirus təhlükəsinin yayılması ilə üz-üzə qalıb. Bütün dünyada olduğu kimi Azərbaycanda da hökumətimiz tərəfindən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu prosesin birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzarəti altında olması və dövlət başçısının fövqəladə hallarda ölkə vətəndaşlarının yanında yer alması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib.

Dağ Yəhudiləri Dini İcması koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri çox yüksək qiymətləndirir.
Martın 25-də Dağ Yəhudiləri Dini İcması 10000 (on min) manat həcmində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər