Sizin Reklam Burada

"Prezidentimizin səyləri nəticəsində bütün sosial layihələr uğurla icra edilir"

"Prezidentimizin səyləri nəticəsində bütün sosial layihələr uğurla icra edilir"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Azərbaycan nadir ölkələrdəndir ki, dünyanın hər tərəfində sabitliyin pozulduğu, insanların hüquqlarının tapdalandığı, inkişafın, tərəqqinin ləngidiyi vaxtda Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə bütün sahələrdə sürətli inkişaf gedir.

Dövlətimizin başçısının səyləri nəticəsində bütün sosial layihələrin uğurlu icrası təmin edilir, əhalinin sosial rifah halının daha da yüksəldilməsinə xüsusi qayğı göstərilir və bu istiqamətdə görülən işlər diqqət mərkəzində saxlanılır.

Dünən açılışı olan Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi dediklərimizə əyani subutu olaraq Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürü və göstəricisidir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, dünyanın bəlasına çevrilmiş koronovirusla mübarizə ilə bağlı əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımların ardıcıllığını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri işlərin görülməsi, önləyici qərarların alınması, ölkəmizə yeni laboratoriyaların alınaraq gətirilməsi, xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, sahibkarlara işçilərin ixtisara salmaması və.s kimi mühüm addımlar cənab Prezidentimizin və birinci vitse prezident Mehriban xanım Əliyevanın xalqımıza olan sevgisinin bariz nümunəsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər