Sizin Reklam Burada

165 azərbaycanlı Naxçıvandan Lənkərana gətirildi

165 azərbaycanlı Naxçıvandan Lənkərana gətirildiAzərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC Hökumətin tapşırığı əsasında dünyanın müxtəlif ölkələrindən azərbaycanlıların Vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən avtobuslarla Naxçıvana gəlmiş 165 Azərbaycan vətəndaşı çatdırılıb. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə, 333 vətəndaş ölkəyə gətirilib.

Bu gün Azərbaycanın 95 vətəndaşını daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.

Martın 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər