22 mar 16:08Sosial

"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib

"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilibYeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.
Aksiyaya partiyanın rayon və şəhər təşkilatlarının fəal üzvləri qoşulublar.

Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

20 mart tarixindən başlayaraq Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəal üzvləri Pirallahı qəsəbəsində əhali arasında maarifləndirmə işinin davam etdirilməsi istiqamətində kimsəsiz, tənha qocaların evlərini ziyarət edərək dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar tibbi vasitələr paylamışlar. Aksiyanın 29 mart 2020-ci il tarixinədək davam etdirilməsi nəzərdə tutulmuşdur.
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib
XƏBƏR LENTİ
SORĞU