21 mar 22:27Sosial

Daha bir deputat Prezidentin çağırışına qoşuldu

Daha bir deputat Prezidentin çağırışına qoşuldu
Avrasiya.net yazır ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Anar Məmmədov öz şəxsi facebook hesabında yazıb ki, Azərbaycan vətəndaşının təhlükəsizliyinin qorunması, rifah halı və rahatlığı Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Millət vəkili qeyd edib ki, buna görə də koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, xəstəliyin ölkədə yayılmaması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.

Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Bu məsələdə hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirib, milli həmrəylik və təhlükəsizliyimiz naminə tətbiq olunan qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, bu virusla mübarizədə dövlətlə birgə, hər bir vətəndaş da fərdi qaydada mübarizə aparmalıdır.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Sərəncamda qeyd olunduğu kimi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

#Sağlamlığımızhəmrəyliyimizdədir deyib, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım məqsədi ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bir üzvü kimi aylıq maaşımın bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəm. Uca Tanrı xalqımızı və dövlətimizi qorusun ".
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU